SON XƏBƏRLƏR

Türk əsgərləri minaya düşdü

2021.10.20, 07:36
Türk əsgərləri minaya düşdü

Gunaz.tv
Türk əsgərləri minaya düşdü mina.jpg PKK-çıların basdırdığı minanın partlaması nəticəsində 8 əsgər yaralanıb Türkiyənin Hakkari vilayətinin Şəmdinli qəsəbəsində PKK-nın yolda qurduğu minanın partlaması nəticəsində 8 əsgər və bir kənd gözətçisi yaralanıb. Lent.az-ın “DHA” agentliyinə istinadən verdiyi məlumata görə, yaralılardan vəziyyəti daha ağır olan 5 nəfəri vertolyotla Vana aparılıb. 4 əsgər yüngül yaralandığından onların Şəmdinli dövlət xəstəxanasında müalicəsi davam etdirilir. Hadisə bu gün səhər yerli vaxtla 07:30-da baş verib. PKK terrorçularının yola döşədikləri minə hərbi konvoyun keçdiyi zaman partlayıb. Terrorçuların tapılması üçün bölgədə iri miqyaslı hərbi əməliyyat başlanılıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar