SON XƏBƏRLƏR

Rays: “Gürcüstanın gələcəyi NATO-dadır

2021.10.20, 07:36
Rays: “Gürcüstanın gələcəyi NATO-dadır

Gunaz.tv
Rays: “Gürcüstanın gələcəyi NATO-dadır saakashvili-rays.jpg ABŞ dövlət katibi Kondoliza Rays Gürcüstanın NATO-ya daxil olmaq niyyətini dəstəklədiklərini vurğulayıb. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, dövlət katibi bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə birgə keçirdiyi brifinqdə bildirib. Rays bildirib ki, ABŞ Gürcüstana NATO-ya üzvlük üçün fəaliyyət planının verilməsi qərarını da qəti şəkildə dəstəkləyir: “Bu plan NATO üzvlüyünü nəzərdə tutmur. Amma bu və ya digər dövlətin daha demokratik inkişafı üçün yoldur”. Dövlət katibi ABŞ-ın bu məsələ ilə bağlı digər dövlətlərlə də əməkdaşlıq etdiyini vurğulayıb: “NATO-nun Buxarest sammitində birmənalı olaraq bəyan edilib ki, Gürcüstanın gələcəyi NATO-dadır”. Öz növbəsində Mixail Saakaşvili qeyd edib ki, Gürcüstana dekabr ayında NATO-ya üzvlük üçün fəaliyyət planı verilməlidir: “Bu, Buş administrasiyasının böyük qələbəsi olacaq. Həm Gürcüstan, həm də Ukrayna planı dekabr ayında əldə etməlidirlər”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar