SON XƏBƏRLƏR

LONDON MƏHKƏMƏSİ İRAN MİLLİ BANKININ XAHİŞİNİ RƏDD ETDİ

2021.10.20, 07:36
LONDON MƏHKƏMƏSİ İRAN MİLLİ BANKININ XAHİŞİNİ RƏDD ETDİ

Gunaz.tv
LONDON MƏHKƏMƏSİ İRAN MİLLİ BANKININ XAHİŞİNİ RƏDD ETDİ London Ali Məhkəməsi İran Milli Bankının Avropa Birliyi sanksiyalarından istisna olunması və maliyyə vəsaitlərinin dondurulmaması haqda xahişi rədd edib. Məhkəmdən verilən açıqlamada bildirilib ki, İran Milli Bankının sanksiyalardan istisna olunması sanksiyaların əhəmiyyətini heçə endirərdi. «Media forum» saytının məlumatına görə, İran Milli Bankının Böyük Britaniyada «Melli Bank PLC» adı ilə qeydiyyata alınan London şöbəsi bir müddət əvvəl yaydığı bəyanatda Britaniya Maliyyə Xidmətləri Qurumunun nəzarəti altında fəaliyyət göstərdiyini bildirib. Bank İran Milli Bankından ayrıca fəaliyyət göstərdiyini vurğulayaraq Avropa Birliyinin sanksiyalarına düşməsini qanunsuz saydığını vurğulayıb. Ötən ay Avropa Birliyi İranın nüvə proqramı ilə əlaqəsinə görə İran Milli Bankına və onun ayrı-ayrı şöbələrinə sanksiya qoyacağını bildirmişdi. London şöbəsi Britaniya paytaxtında müstəqil bank kimi qeydiyyata alınsa da, öz internet səhifəsində İran Milli Bankının tam mülkiyyətində olduğu və onun nəzarəti altında fəaliyyət göstərdiyi barədə informasiya yerləşdirib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar