SON XƏBƏRLƏR

Bu haqq mə­sə­lə­si­dir_Rə­is Rə­sul­za­də: "Şə­hə­rin mər­kə­zin­də hey­kəl­lə­rin ucal­dıl­ma­sı üçün yer çox­dur"

2021.10.20, 07:36
Bu haqq mə­sə­lə­si­dir_Rə­is Rə­sul­za­də: "Şə­hə­rin mər­kə­zin­də hey­kəl­lə­rin ucal­dıl­ma­sı üçün yer çox­dur"

Gunaz.tv
"Bu haqq mə­sə­lə­si­dir" Rə­is Rə­sul­za­də: "Şə­hə­rin mər­kə­zin­də hey­kəl­lə­rin ucal­dıl­ma­sı üçün yer çox­dur" 14100708.jpg "Ola bil­sin ki, Mə­həm­məd Əmin Rə­sul­za­də­yə baş­qa bir yer­də hey­kəl qo­yu­la­caq. An­caq şə­hə­rin mər­kə­zi­ni hey­kəl­lər mu­ze­yi­nə çe­vir­mək də düz­gün ol­maz­dı". Bu­nu "Azad­lıq" ra­dio­su­na pay­tax­tın Sə­ba­il Ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı Sa­hib Ələk­bə­rov de­yib. O bil­di­rib ki, Xalq Cüm­hu­riy­yə­ti­nin rəh­bər­lə­ri ad­la­rı­nın əbə­di­ləş­di­ril­mə­si­nə la­yiq­dir­lər. "Am­ma şə­hər­də adi və­tən­daş­lar üçün, heç bir si­ya­si mo­tiv­lə­ri ol­ma­yan is­ti­ra­hət gu­şə­lə­ri çox az­dır". Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin ya­ra­dı­cı­la­rın­dan olan Mə­həm­məd Əmin Rə­sul­za­də­nin abi­də­si­nin şə­hə­rin mər­kə­zi kü­çə­lə­rin­dən bi­rin­də qo­yul­ma­sı ilə bağ­lı 1990-cı il­lər­də rəs­mi qə­rar ve­ri­lib. Hət­ta bu­nun üçün şər­ti yer də ay­rı­lıb. Am­ma qə­rar hə­lə re­al­laş­ma­yıb. Mə­həm­məd Əmi­nin nə­və­si Rə­is Rə­sul­za­də "Şərq"in əmək­da­şı ilə söh­bə­tin­də bu mə­sə­lə­yə mü­na­si­bə­ti­ni bil­di­rib. O vur­ğu­la­yıb ki, M.Ə.Rə­sul­za­də­nin hey­kə­li­nin Ba­kı­nın mər­kə­zin­də de­yil, mər­kəz­dən uzaq­da qo­yul­ma­sı düz­gün ad­dım ki­mi qə­bul olu­na bil­məz: "Çün­ki Rə­sul­za­də bu döv­lə­tin ya­ra­dı­cı­sı­dır. Cüm­hu­riy­yə­ti qu­ran­la­rın li­de­ri, bi­rin­ci şəx­si olub. Dü­şü­nü­rəm ki, ona gö­rə də onun hey­kə­li şə­hə­rin mər­kə­zin­də ol­ma­lı­dır. Nə üçün Cüm­hu­riy­yə­ti­mi­zin əley­hi­nə çı­xan bol­şe­vik­lə­rin abi­də­lə­ri Ba­kı­nın mər­kə­zi­ni bə­zə­sin, am­ma AXC-nin qu­ru­cu­la­rı­nın hey­kəl­lə­ri mər­kəz­dən uzaq­lar­da ucal­dıl­sın? Bu, haqq mə­sə­lə­si­dir və gec-tez, is­tər-is­tə­məz öz ye­ri­ni tu­ta­caq". AXC qu­ru­cu­la­rı­nın ta­ri­xi möv­qe tut­duq­la­rı­nı vur­ğu­la­yan nə­və Rə­sul­za­də bil­di­rib ki, on­lar bü­tün dün­ya­da ya­şa­yan azər­bay­can­lı­la­rın fəx­ri­dir: "Şə­hə­rin mər­kə­zin­də hey­kəl­lə­rin ucal­dıl­ma­sı üçün yer çox­dur. Ye­ri gəl­miş­kən bil­di­rim ki, onun abi­də­si­ni də Ömər El­da­rov ha­zır­la­mış­dı. Sa­də­cə ola­raq bu­na is­tək la­zım­dır. Əv­vəl nə­zər­də tu­tul­muş yer də - Kuk­la Te­at­rı­nın qar­şı­sın­da­kı ba­la­ca park da yax­şı idi. İn­di or­da fon­tan ti­kib­lər. Dü­şü­nü­rəm ki, əgər is­tək ol­sa, me­mar­lar şə­hə­rin çox gö­zəl yer­lə­rin­dən bi­ri­ni se­çə bi­lər­lər. Onu da bil­di­rim ki, bu, ra­yon ic­ra baş­çı­sı sə­viy­yə­sin­də de­yil, döv­lət sə­viy­yə­sin­də həll olun­ma­lı bir mə­sə­lə­dir". Sey­mur Qa­sım­bəy­li sherg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar