SON XƏBƏRLƏR

Londondan "Babək həftəsi"nə dəstək

2021.10.20, 07:36
Londondan "Babək həftəsi"nə dəstək

Gunaz.tv
Londondan "Babək həftəsi"nə dəstək Güney Azərbaycanda Babəkin doğum günü ilə əlaqədar keçirilən "Babək həftəsi"nə dəstək məqsədilə bir sıra ölkələrdə mərasimlər təşkil olunur. Belə tədbirlərdən biri Londonda yaşayan azərbaycanlılar tərəfindən "Babək həftəsi" çərçivəsində təşkil edilib. Tədbirin təşkilatçısı Böyük Britaniyada fəaliyyət göstərən Güney Azərbaycan Təşkilatı olub. Azərbaycan milli musiqisinin də təqdim edildiyi mərasimin elanları əvvəlcədən azərbaycanlılar arasında yayılıb və tədbirə çox sayda soydaşımız qatılıb. Tədbir iştirakçıları İranda Azərbaycan türklərinin hüquqlarının pozulduğunu bildirərək beynəlxalq ictimaiyyəti bu məsələyə diqqət yetirməyə çağırıb ("OLAYLAR"İA) ------------------------------------------------------------------- "Böyük səkkizlik" neft qiymətləri ilə mübarizə haqda razılığa gəldilər “Böyük səkkizlik” ölkələrinin liderləri özlərinin son deklarasiyalarında bəyan ediblər ki, dünyada yüksək inflyasiyaya səbəb olan neftin artan qiymətinə qarşı birgə mübarizə aparacaqlar.Bu barədə AFR agentliyi məlumat yayıb. Deklarasiyada o da qeyd olunur ki: “Ümumi maraq çərçivəsində qiymətin qalxmasının kökündə duran problemlərin aradan qaldırılmasına çalışmaq lazımdır. Neftin hasilatının və emalının səviyyəsini qaldırmaq lazımdır”. Bundan əlavə Rusiya prezidenti Medvedev təbii ehtiyyatlar istehsalı , istehlakı və tranziti maraqları çərçivəsində yeni beynəlxalq müqavilənin bağlanmasına ehtiyac yarandığını bildirib. ucnoqta

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar