SON XƏBƏRLƏR

İRANDA MİSİR PREZİDENTİNİN QATİLİNİ VƏSF EDƏN FİLM ÇƏKİLİB

2021.10.20, 07:36
İRANDA MİSİR PREZİDENTİNİN QATİLİNİ VƏSF EDƏN FİLM ÇƏKİLİB

Gunaz.tv
İRANDA MİSİR PREZİDENTİNİN QATİLİNİ VƏSF EDƏN FİLM ÇƏKİLİB anwar_sadat_11.jpg Ənvər Sədat İranda Beynəlxalq İslam Hərəkatı Şəhidlərini Anan Qurumun çəkdirdiyi «Fironun edamı» kinofilmi bu ölkə ilə Misir Ərəb Respublikasının münasibətlərində yeni qalmaqala gətirə bilər. Filmdə Misirin 1981-ci ildə qətlə yetirilmiş prezidenti Ənvər Sədatın qatili Xalid İslambuli qəhrəman kimi təqdim edilir. «Fironun edamı» İran Dövlət Televiziyasında da göstərilib. «Media forum» saytının məlumatına görə, Ə.Sədatın ailəsi İran hökumətinə bağlı bir qurumun çəkdirdiyi filmi mərhum prezidentə qarşı təhqir kimi qiymətləndirərək səhnə əsərində tarixin təhrifinə yol verildiyini vurğulayıb. Ə.Sadatın qızı jurnalistlərə açıqlamasında film istehsalçılarını məhkəməyə verəcəyini bildirib. Ə.Sədat öldürüləndən dərhal sonra İran İslam Respublikası onun qatili Xalid İslambulinin adına Tehranda küçə vermişdi və bu fakt ölkənin Misirlə münasibətlərini pozmuşdu. Müşahidəçilərin fikrincə, «Fironun edamı» filmi 27 illik bu gərginliyi daha da artıra bilər. İran Xarici İşlər Nazirliyi rəsmilərindən biri isə jurnalistlərə açıqlamasında filmin İran hökumətinin rəsmi mövqeyi olmadığını vurğulayıb. 1918-ci ildə doğulan Ə.Sədat 1970-ci ildə Misir prezidenti seçilib. 1977-ci ildə ərəb dövlətləri liderləri içində ilk dəfə İsrailə səfər edərək faktiki bu ölkənin tanıyıb. 1979-ci ildə İsrail lideri Menahem Beginlə sülh müqaviləsi imzalayıb. Bu cür davranışı onu radikal ərəb kəsiminin qanlı düşməninə çevirib və 1981-ci il oktyabrın 6-da Ə.Sədat hərbi parad zamanı qətlə yetirilib . «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar