SON XƏBƏRLƏR

ABŞ İRANIN 4 SƏNAYE MÜƏSSİSƏSİNƏ və 4 RƏSMİSİNƏ SANKSİYA QOYUB

2021.10.20, 07:36
ABŞ İRANIN 4 SƏNAYE MÜƏSSİSƏSİNƏ və 4 RƏSMİSİNƏ SANKSİYA QOYUB

Gunaz.tv
ABŞ İRANIN 4 SƏNAYE MÜƏSSİSƏSİNƏ və 4 RƏSMİSİNƏ SANKSİYA QOYUB ABŞ Xəzinədarlıq Nazirliyi İranın raket və nüvə proqramı ilə bağlı 4 sənaye müəssisəsinə sanksiya qoyub. Sanksiyaya görə, İranın Həft-e Tir Sənaye, Hərbi Sursat və Metallurgiya Sənayesi qrupları, Şəhid Səttari Sənaye və Parçin Kimya Sənayesi komplekslərinin ABŞ banklarındakı maliyyə vəsaitləri dondurulacaq və Amerika şirkətlərinin onlarla hər hansı əməkdaşlığına qadağa qoyulacaq. İranın nüvə və raket fəaliyyətlərində iştirak edən dörd rəsmi - Davud Ağa Cəfəri, Möhsün Höccəti, Mehrdad Əxlaqi Kitabçı və Nasir Mələki də qara siyahıya düşüb. «Media forum» saytının məlumatına görə, xəzinədarlıq nazirinin müavini Stuart Levi dünən sanksiyaları şərh edərək bildirib ki, İranın nüvə və raket sahəsində işləyən şirkətləri ticarətlə məşğul olan qurumların adı arxasında gizlənir və fəaliyyətlərini davam etdirirlər: «Nə qədər ki, İran belə fırıldaqçı fəaliyyətlərdən əl çəkməyib, şirkətlər və banklar İran şirkət və bankları, həmçinin sənaye kompleksləri ilə əməkdaşlıqdan imtina etməli və ayıq davranmalıdır». «Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar