SON XƏBƏRLƏR

ABŞ prezidentltyinə namizədlərlə teledebata hazıram – İran prezidenti

2021.10.20, 07:36
ABŞ prezidentltyinə namizədlərlə teledebata hazıram – İran prezidenti

Gunaz.tv
ABŞ prezidentltyinə namizədlərlə teledebata hazıram – İran prezidenti Azərbaycan, Bakı, 08 iyul / «Trend News» , müxbir T.Cəfərov / İran prezidenti Mahmud Əhmədinejad ABŞ prezidentliyinə namizədlərlə teledebata hazır olduğunu bildirib. «İran xalqı müzakirə tərəfdarıdır, ABŞ prezidentliyinə namizədlərlə teledebat aparmağa hazırıq» - deyə Əhmədinejad çərşənbə axşamı Malayziyada D8 sammitinin nəticələrilə bağlı mətbuat konfransında deyib. Bu barədə İranın «İRNA» agentliyi məlumat yayıb. Əhmədinejad bildirib ki, ötən il ABŞ-a səfəri zamanı da o, BMT- də dünya məsələləri barədə cənab Buşla teledebata hazır olduğumu bldirmişdi. trend ----------------------------------------------------------------------- Türkiyədə meşə yanğı ilə əlaqədar ətraf kəndlər boşaldılıb S.İlhamqızı/ Türkiyənin Mersin bölgəsinin Gülnar rayonunda dünəndən başlayan və hazırda da davam edən meşə yanğını təxminən 400 hektar ərazini əhatə edib. Bu barədə Türkiyənin Anadolu Agentliyi məlumat yayıb. Yanğınla əlaqədar bölgədə ətraf 7 kənd və Böyükecəli şəhərciyi boşaldılıb. Yanğının dənizə doğru irəlilədiyini bildirən rayon icra başçısı Mehmet Yıldırım bildirib ki, yanğında iki nəfər həlak olub, 40 nəfər yaralı xəstəxanalara çatdırılıb. İlkin məlumatlara görə, 400 hektarlıq meşə sahəsinə ziyan dəyib. Yıldırım bildirib ki, yanğınla əlaqədar Dəlikqaya, Kavakoluğu, Korucuk, Təpəköy, Çavuşlar, Koçaşlı və Lapa kəndləri, Böyükecəli şəhərinin əhalisi köçürülüb. Türkiyənin Ətraf Mühit və Meşə Nazirliyinin çərşənbə axşamı verilən açıqlamasında bildirilib ki, ölkədə1983 - cü ildən bəri 47 min meşə yanğını baş verib, bu yanğınlarda ümumilikdə 296 min hektar meşə ərazisi yanıb. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar