SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCANIN RUHANI MILLI FƏALI ƏZIMI QƏDIM HƏBSXANADA TƏZYIQLƏR ALTINDADIR

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCANIN RUHANI MILLI FƏALI ƏZIMI QƏDIM HƏBSXANADA TƏZYIQLƏR ALTINDADIR

Gunaz.tv
GÜNEY AZƏRBAYCANIN RUHANI MILLI FƏALI ƏZIMI QƏDIM HƏBSXANADA TƏZYIQLƏR ALTINDADIR DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən təxminən üç ay bundan öncə həbs edilən, hal hazırda Qum həbsxanasında təzyiqlər altında həbs cəzası çəkən Güney Azərbaycanın ruhani milli fəalı Əzimi Qədim son günlərdə təzyiqlərin artdığını bildirib. Ailəsindən verilən məlumatda bildirilir ki, Qum həbsxanasında Əzimi Qədim şəxsiyyətini təhqiredici davranışlar nə islam qanunlarına, nə də beynəlxalq qanunlara heç uyğun deyil. Qum şəhərində yaşadıqlarına baxmayaraq həbsxana məmurları şovinist münasibətlə Əzimi Qədimin ailəsini soydaşımızla görüşünə əngəllər yaradaraq psixoloji təzyiqlər edirlər. Belə ki, ETTELAAT-ın sifarişi ilə həftədə bir dəfə məhbusla görüş Əzimi Qədim üçün 3 həftədən bir təyin edilir. Həmin vaxtda da görüşə əngəllər törədilir. Xatırladaq ki, Güney Azərbaycanın milli haqlarını müdafiə etdiyinə görə Əzimi Qədim dəfələrlə faşist hakimiyyətin məmurları tərəfindən həbs edilir, işgəncə və təzyiqlərə məruz qalır. Sürgün və ağır cəzalara məhrum edilibdir. Beynəlxalq Əfv Təşkilatı Əzimi Qədimin milli haqlarını müdafiə etdiyinə görə İran hakimiyyəti tərəfindən həbsini qəti şəkildə pisləyir və bununla bağlı dəfələrlə İran dövlətinə bəyanatlar vermişdir. Qeyd edək ki, hal hazırda İran həbsxanalarında Güney Azərbaycanın Mili Azadlıq Hərəkatının çoxlu sayda fəalı qanunsuz saxlanılaraq ağır işgəncə və təzyiqlərə məruz qalmaqdadır. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar