SON XƏBƏRLƏR

Əhmədinejad:Bütün dünya Buşun getməsini gözləyir

2021.10.20, 07:36
Əhmədinejad:Bütün dünya Buşun getməsini gözləyir

Gunaz.tv
Bütün dünya Buşun getməsini gözləyir – İran prezidenti Azərbaycan, Bakı, 08 iyul / Trend News , müxbir T.Cəfərov / İran Prezidenti Mahmud Əhmədinejadın fikrincə, bütün dünya ABŞ prezidenti Corc Buşun vəzifəsindən getməsini gözləyir. «Cənab Buş Amerika xalqının və özünün heysiyyətini dünyada o qədər çirkləndirib ki, indi bütün dünya onun getməsini gözləyir» - deyə Əhmədinejad çərşənbə axşamı Malayziyada D 8 başçılarının iclası çərçivəsində keçirilən mətbuat konfransında bildirib. Bu barədə İranın «İRNA» agentliyi məlumat yayıb. Əhmədinejad bildirib ki, Amerika xalqı istəmir ki, ölkənin büdcəsindən milyardlarla dollar Amerika dövlətinin hərbi hücumlarına xərclənsin və sonra bu xərclərin yerini doldurmaq üçün neftin qiyməti və vergilər artırılsın. Əhmədinejadın sözlərinə görə, Buşun gördüyü işlər nəticəsində, ondan sonrakı dövlət başçıları ən azı 30 il çalışmalıdırlar ki, Buşun törətdiyi fəsadları aradan qaldırsınlar. trend ----------------------------------------------------------------- Türkiyədə dövlətə qarşı qiyamda ittiham olunanların sayı açıqlandı S.İlhamqızı/ «Ergenekon» əməliyyatının istintaqında hazırlanan və bitmək üzrə olan ittiham aktında bildirilib ki, 48 nəfəri həbs olunmaqla, ümumilikdə 85 nəfər təqsirləndirilən şəxs istintaqa cəlb olunub. Bu barədə Türkiyənin Anadolu Agentliyi məlumat yayıb. İttiham aktı bu həftənin cümə gününə qədər İstanbul Cümhuriyyət Baş Prokurorluğuna təqdim ediləcək. Ümumilikdə 40 bölmədən, 2500 səhifədən ibarət olan ittiham aktının 60 səhifəsinin «Dövlət Şurasına hücum»a həsr olunduğu bildirilir. Aktda, həmçinin, sui-qəsd nəticəsində öldürülən bəzi şəxslərin adları da açıqlanır. Son əməliyyatda saxlanılan və həbsinə qərar verilən ehtiyatda olan generallar Şener Eruyqur və Hurşit Tolon, Ankara Ticarət Palatasının sədri Sinan Aygün və digər 7 nəfər saxlanılmış şəxs barəsində isə, əlavə ittiham aktı hazırlanacaq. Türkiyənin yüksək rütbəli sabiq hərbçiləri, jurnalist və ictimaiyyət nümayəndələrindən ibarət 85 nəfər dövlətə qarşı qiyam, terror aktlarına hazırlaşmaqda ittiham olunur. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar