SON XƏBƏRLƏR

Moldova GUAM-ın sülhməramlı qüvvələrinin əleyhinə çıxdı

2021.10.20, 07:36
Moldova GUAM-ın sülhməramlı qüvvələrinin əleyhinə çıxdı

Gunaz.tv
Moldova GUAM-ın sülhməramlı qüvvələrinin əleyhinə çıxdı Vladimir Voronin: “Bunun üçün iqtisadi əsas yoxdur” Moldova prezidenti Vladimir Voronin GUAM-ın sülhməramlı qüvvələrinin yaradılmasının məqsədəuyğun olmadığını bəyan edib. Lent.az-ın məlumatına görə, Voronin təşkilatın iqtisadi əsasının olmadığından şikayət edib. “Artıq GUAM-ın səlahiyyətlərinə nəyi yapışdırmaq barədə düşünməyə başlayıblar. Birincisi, biz hansısa hərbi, yarımhərbi və hətta yarımhərbi işarə olan təşkilata heç bir zaman getməyəcəyik. Amma ötən il hansısa sülhməramlı qüvvələr fikirləşdilər. Heç nə icad etmək lazım deyil. Çünki iqtisadi əsas yoxdur” - deyə Moldova prezidenti bildirib. Onun fikrincə, GUAM çərçivəsində iqtisadi əməkdaşlığın güclənməsi, ilk növbədə neft və elektrik enerjisinin nəqli təşkilatın fəaliyyətinin effektivliyini artıra bilər: “Azərbaycan neftdir, Ukrayna isə elektrik enerjisi...” bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar