Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Dünən Yaponiyanın Hokkaydo adasında dünyanın sənayecə inkişaf etmiş səkkiz ən iri ölkəsinin liderlərinin növbəti illik sammiti işə başlayıb. Adada, dağların zirvəsində, füsunkar gölün sahilində yerləşən “Vindsour” hotelində başlayan sammitdə əsas müzakirə mövzusu dünyanın aktual məsələləri, o cümlədən bahalaşan ərzaq və neft qiymətlərilə yanaşı, qlobal xarakter almağa başlayan iqtisadi tənəzzüldən çıxış yolları olacaq. Bununla yanaşı “Böyük səkkizlər”ə aid ən qüdrətli dövlətlər (ABŞ, Kanada, İtaliya, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Yaponiya) iqlim dəyişməsi problemi ətrafında da fikir mübadiləsi aparmalıdırlar. Xatırladaq ki, “Böyük səkkizlər”in sammitinə ənənəvi olaraq bəzi Afrika ölkələrinin liderləri, o cümlədən Çin, Hindistan kimi inkişaf etməkdə olan dövlətlərin başçıları qatılırlar. Bu dəfə də sammitin açılışı Afrika liderləri ilə “Böyük səkkizlər”ə daxil olan ölkələrin başçılarının xatirə fotoşəklinin çəkilməsi ilə başlayıb. Daha sonra sammit ikitərəfli görüşlər formatında davam edib. İlk belə görüşlərdən biri Rusiya prezidenti Dmitri Medvedevlə ABŞ prezidenti Corc Buş arasında olub. Görüşdən sonra prezidentlər bəyan ediblər ki, müxtəlif məsələlərlə bağlı fikir ayrılıqlarına baxmayaraq, tərəflər arasında münasibətlər inkişaf etdiriləcək. “Bizim diskussiyamız yaxşı keçdi, biz İranı, müxtəlif digər məsələləri müzakirə etdik. Bəzi məsələlər ətrafında fikir ayrılıqları var, lakin bir çox məsələlər üzrə razılaşma əldə etmişik”- deyə Buş bildirib. Medvedev də bu mövqeni dəstəkləyərək deyib ki, amerkalı həmkarı ilə ən müxtəlif məsələlər müzakirə edilib. “İran və Şimali Koreya məsələlərində irəliləyiş əldə edirik, ancaq raketdən müdafiə sistemləri, Avropa problematikası və başqa məsələlərlə bağlı fikir ayrılıqları qalır”- deyə Medvedev bildirib. Rusiya prezidenti deyib ki, “Corcla işləmək” rahatdır: “Ümid edirəm ki, indiki administrasiyanı əvəzləyənlərlə də belə rahat işləmək mümkün olacaq”. ABŞ prezidenti isə öz növbəsində deyib ki, o, 6 ay sonra prezident postunu təhvil verəcək, ancaq inanır ki, bu vaxt ərzində Rusiya ilə müxtəlif məsələlər, o cümlədən İranla bağlı daha çox iş görmək mümkün olacaq: “Rusiya və ABŞ İranın nüvə silahına malik olmaması üçün birlikdə çox iş görür, ancaq daha çox iş görə bilər ki, İran nüvə silahı əldə etmək fikrindən əl çəksin”. Buş əlavə edib ki, Medvedev fikirləşdiyini açıq deyən adamdır və onunla işləmək rahatdır: “Dmitri ağıllı oğlandır, o, beynəlxalq siyasətlə yaxından tanışdır”. Rusiya prezidentinin köməkçisi Sergey Prixodko isə jurnalistlərə deyib ki, görüş zamanı Buş Gürcüstan-Rusiya münasibətləri ilə maraqlanıb. Medvedev isə ona Mixail Saakaşvili ilə son görüşü haqda danışıb. Kremldəki mənbələrdən bildiriblər ki, Medvedev sammitə bir sıra təkliflərlə, o cümlədən “Böyük səkkizlər”ə yeni üzvlərin qəbul edilməsi təklifi ilə gedib. Lakin Medvedev “Böyük səkkizlər”i genişləndirmək planları qurarkən Rusiyanın özünün bu klubdan xaric edilməsi haqda çağırışlar səslənir. Sammit ərəfəsində tanınmış rusiyalı insan haqları müdafiəçiləri Yelena Bonner və Vladimir Bukovski ABŞ-da prezidentliyə namizədlər Con Makkeynə və Barak Obamaya müraciət edərək prezident seçiləcəkləri halda Rusiyanı “Böyük səkkizlər”dən xaric etməyi xahiş ediblər. Məktub müəllifləri qeyd edirlər ki, Medvedevin başçılıq etdiyi indiki Rusiya rejimi nəinki avtoritardır, üstəlik, daha da aqressivdir. Məktubda Rusiya hakimiyyətinin insan haqlarını pozmasına dair faktlar sadalanır, indiki Rusiya “Qərb demokratiyası və ölkə vətəndaşları üçün təhlükə” adlandırılır: “Rusiya G8-də iştirakından özünün super nəhəng imicini formalaşdırmaq üçün istifadə edir. Əgər sizlərdən biriniz Rusiyanı bu klubdan xaric etsəniz, o zaman sübut olunacaq ki, Birləşmiş Ştatlar Rusiyanın şantajından qorxmur”. Qeyd edək ki, prezidentliyə namizədlərdən Con Makkeyn Rusiyaya qarşı sərt mövqeyi ilə tanınır. O, çıxışlarından birində deyib ki, prezident seçilsə Rusiyanı “Böyük səkkizlər” klubundan uzaqlaşdıracaq. Sammitin qlobal məsələlərlə bağlı əsas müzakirələri isə bu gün olacaq. Həmin toplantıda artıq qonaqlar iştirak etməyəcək və danışıqlar ancaq səkkiz ölkənin liderlərinin iştirakı ilə aparılacaq. Sammitin üçüncü günündə isə bəzi Cənubi Amerika və Asiya liderlərinin iştirakı ilə müzakirələr olacaq. Bir qayda olaraq “Böyük səkkizlər”in sammitləri zamanı hər hansı sənəd imzalanmır, liderlər yalnız birgə yekun bəyannaməsi ilə çıxış edirlər. Rusiya mənbələrinin məlumatlarına görə, bu sammit zamanı Rusiya ilə ABŞ arasında raketdən müdafiə əməkdaşlığı çərçivəsində Azərbaycan ərazisindəki Qəbələ RLS-dən birgə istifadə məsələsinə yenidən toxunulacağı istisna deyil. Həmçinin sammitdə keçmiş sovet respublikalarındakı dondurulmuş münaqişələrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələrin olacağı gözlənilirdi. Xəbər verildiyi kimi, bu məsələ sammit ərəfəsində “Böyük səkkizlər”in xarici işlər nazirlərinin görüşündə müzakirə olunub. Həmin müzakirələrdən sonra nazirlər “Böyük səkkizlər” adından tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün sülh danışıqlarını sürətləndirməyə çağırmışdı. Ənənəvi olaraq “Böyük səkkizlər”i qloballaşma əleyhidarlarının etirazları Yaponiyada da müşayiət edib. Sammitin keçirildiyi Toyako qəsəbəsi yaxınlığındakı Sapporo şəhərində zirvə görüşünə qarşı etiraz mitinqi keçirilib. Nümayişçilər “Yoxsulluqla sözdə yox, işdə mübarizə aparın” şüarlarını qışqırıblar. Etiraz aksiyasına qatılan bir qadın deyib ki, dünya liderlərini yalnız öz ölkələrinin “mənfəətləri” maraqlandırır: “Onlar öz aralarında deyil, bütün dünya ölkələri arasında dialoq yaratmalıdırlar”. F.Məmmədov musavat
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu