SON XƏBƏRLƏR

İran 317 nəfərin edam edildiyini təsdiqləyib. Daha 3 nəfər də dar ağacından asılıb

2021.10.20, 07:36
İran 317 nəfərin edam edildiyini təsdiqləyib. Daha 3 nəfər də dar ağacından asılıb

Gunaz.tv
İran 317 nəfərin edam edildiyini təsdiqləyib Daha 3 nəfər də dar ağacından asılıb İranda 317 nəfərin edam edilməsi barədə məlumatlar ölkənin rəsmi qurumları tərəfindən təsdiqlənib. Lakin Beynəlxalq Əfv Təşkilatı edam edilənlərin sayının rəsmi rəqəmlərdə göstərilənlərdən dəfələrlə artıq olacağı ehtimalının yüksək olduğunu bildirir. Təşkilatın məlumatına görə, hətta rəsmi məlumatlarda göstərilən rəqəmlərə əsasən də İran edam cəzasının hələ qüvvədə olduğu ölkələr arasında edamların sayına görə liderliyi qoruyub saxlayır. Bu arada Tehranın "Evin" həbsxanasında edama məhkum edilən 7 nəfərdən 3-ü artıq dar ağacından asılıb. Qalan 4 nəfərin edamı isə zərərçəkən tərəfinin iştirakı olmadığına görə təxirə salınıb. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar