SON XƏBƏRLƏR

Terror futbol meydanlarına daxil olur

2021.10.20, 07:36
Terror futbol meydanlarına daxil olur

Gunaz.tv
Terror futbol meydanlarına daxil olur article_1215426757.gif Terrorçu Bin Ladinin qardaşı, İngiltərənin ən ünlü klublarından olan Nyukasl Yunaytedi almaq niyyətindədir. Ladin ailəsi layihə üçün 600 milyon dollarından keçməli olacaq QayNar : ABŞ-da yaşanan 11 sentyabr hadisələrindən baş məsul şəxs olan Üsəma Bin Ladinin qardaşı Bəkr Bin Ladin, İngiltərə Premyer Liqasının tanınmış klublarından olan Nyukasl Yunaytedi almaq istəyir. Bu iddia dünya gündəminə bomba kimi düşdüyü kimi, ingilis klubunun tərəfdarları da internet saytlarında bu olaya böyük müqavimət göstərdi. "Mail on Sunday" qəzetində Daniel Kinq imzası ilə çıxan xəbərə görə, Bəkr Bin Ladin bu məqsədinə çatmaq üçün 600 milyon dolları nəğd ödəyəcək. Qardaş Ladinin ingilisi iş adamı Mayk Eşli ilə görüşdüyü və ilkin protokolun imzalandığı da iddialar arasındadır. İş adamı Mayk Eşlinin, bu iddialar qarşısında öncə səssiz qalması, ancaq iradların artması nəticəsində, "Belə bir olayın gerçəkləşəcəyini düşünmürəm. Nyukasl Yunayted bir çox insanın xəyallarını puç edən bir klubdur. Ladin ailəsi də onlardan biri ola bilər" dediyi bildirildi. //Rəşad Səfərov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar