SON XƏBƏRLƏR

Neft qiymətinin yeni rekordu

2021.10.20, 07:36
Neft qiymətinin yeni rekordu

Gunaz.tv
Neft qiymətinin yeni rekordu İyulun 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 1,72 dollar və ya 1,2% bahalaşaraq 1 barelə görə 145,29 dollar təşkil edib. Hərracın gedişində neftin qiyməti 145,85 dollar/barelədək yüksəlib. ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,82 dollar – 146,08 dollaradək artıb. OPEC-in neft səbətinin dəyəri daha 79 sent bahalaşaraq dünən qeydə alınmış rekord göstəricisini təzələyib və 137,73 dollar/barelə çatıb. Qeyd edək ki, iyunun 27-dən OPEC-in neft səbətinin qiyməti artıq 4 dəfə rekord səviyyəsinədək yüksəlib. OPEC-ə üzv olan İranın neft naziri Qulamhüseyn Nəzəri Madriddə keçirilən Ümumdünya Neft Konqresində çıxış edərək bəyan edib ki, ölkəsi 2014-cü ilədək neft hasilatını 20% - sutkada 5,3 mln. barelədək artırmaq niyyətindədir. Onun sözlərinə görə, həmin müddət qazın hasilatı 3 dəfə - sutkada 1,5 mlrd. kubmetrədək yüksələcək. Bununla da Q.Nəzəri neft ixracının həcminə görə dünyada 4-cü yeri tutan İranın enerji resurslarının tədarükündə vacib rolunu vurğulayıb. OPEC-in digər üzvü olan Anqola da neft hasilatı həcminin 100 min barel – sutkada 2 mln. barelədək artırmağı planlaşdırır. Ölkənin neft sənayesi naziri Dezideriu da Koşta bəyan edib ki, Anqola bu göstəriciyə artıq cari ilin sonuna qədər nail olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar