SON XƏBƏRLƏR

Azərbaycan hərbçiləri beynəlxalq təlim və seminarlarda iştirak edirlər

2021.10.20, 07:36
Azərbaycan hərbçiləri beynəlxalq təlim və seminarlarda iştirak edirlər

Gunaz.tv
Azərbaycan hərbçiləri beynəlxalq təlim və seminarlarda iştirak edirlər Bakı. Məhbubə Qasımbəyli-APA. NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Antalyada “İpək Yolu-2008” generallar və admirallar üçün seminar keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, həmçinin Bakıda “Qırmızı Xaç Komitəsi tərəfindən beynəlxalq humanitar hüquq üzrə” təlim kursu (07-11 iyul), Azərbaycan-İordaniya birgə komissiyasının görüşü (13-18 iyul), Hamburq şəhərində HDQ ilə tanışlıq (08-10 iyul), Brüsseldə Azərbaycanın FTƏP üzrə qiymətləndirmənin 26+1 formatında yekun iclası (09 iyul), Rusiyanın Nijnı Taqil şəhərində Rusiya silahlanma sərgisi (09-12 iyul) keçirilir. Bundan başqa Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Ankarada Hərbi Hava Qüvvələrinin əməkdaşlıq toplantısı (07-09 iyul), İstanbulda Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin 3-cü kurs kursantlarının “Açıq Dəniz” təlimi, Azərbaycanla Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakıda Müdafiə Nazirliyinin mülki işçilərinin vəzifə strukturunun inkişaf etdirilməsi üzrə məsləhətləşmələr, Predeal şəhərində “Kəskin relyef və iqlim şəraitində hərbi əməliyyatlar” kursu keçirilir. Azərbaycanla Pakistan arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Pişəvər şəhərində “Ləpirçi” kursu, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində “Hərbi tədarüklər üzrə idarəetmə” mövzusunda seminar keçirilir. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar