SON XƏBƏRLƏR

Ağdərənin Ermənistan tərəfindən işğalından 15 il keçir(7 iyul)

2021.10.20, 07:36
Ağdərənin Ermənistan tərəfindən işğalından 15 il keçir(7 iyul)

Gunaz.tv
Ağdərənin Ermənistan tərəfindən işğalından 15 il keçir Bakı. Ramil Məmmədli - APA. Bu gün Ağdərə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 15 il keçir. APA-nın məlumatına görə, Xankəndi şəhərinin 62 kilometr şimalında yerləşən Ağdərə rayonu 1930-cu ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində yaradılıb. 57 kəndi olan rayon 1939-cu ilədək Cerabert adlanıb. 1960-cı ildə rayon mərkəzi şəhər tipli qəsəbə, 1985-ci ildə şəhər statusu alıb. Rayonun ümumi sahəsi 1705 kvadrat kilometrdir. İşğala qədər Ağdərənin 14 kəndində - Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar və Gəncxana qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb. 1993-cü il iyulun 7-də rayon Ermənistan hərbi birləşmələri işğalı edilib. İşğal zamanı 167 azərbaycanlı itkin düşüb. Onlardan 162-si kişi, 4-ü qadın, 1-i azyaşlı uşaq olub. Bundan başqa, 39 azərbaycanlının əsir götürüldüyü şahid ifadələri ilə təsdiq edilib. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar