Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
”İranla İsrail müharibənin bir addımlığındadır. Buna səbəb İsrail kəşfiyyatının İranın nüvə silahı əldə etmək üzrə olması haqda əldə etdiyi məlumatlar və yəhudi dövlətinin narahatlıqlarına baxmayaraq ABŞ-ın bu ölkəyə qarşı hərbi əməliyyatlara başlamaqdan çəkinməsdir. Bu üzdən İsraildə İrana qarşı təkbaşına hərbi əməliyyatlara başlamaq haqda çağırışlar artır. Üstəlik, hesab edirlər ki, mümkün qədər tez bir vaxtda İrana hava zərbələri endirilməlidir. Çünki kəşfiyyat İranın hətta bu il ərzində nüvə başlığı əldə edə biləcəyi haqda xəbərdarlıq edir. Lakin İsraildə bu fikirdə olanlar da var ki, İrana qarşı hərbi əməliyyatlara başlamaq yəhudi dövləti üçün böyük riskdir. İsrailin Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Eitan Ben-Elyahu bəyan edib ki, mümkün hərbi qarşıdurma zamanı İran İsrailə 5 min 300 balistik raket atacaq. Bu açıqlama İsraidə böyük həyəcan yaradıb. İstefada olan yəhudi general deyib ki, İran İsrail hədəflərini uzaq mənzilli 300 “Skad” və “Şahab” raketləri, 5 minə yaxın qısamənzilli raketlərlə vuracaq. Onun sözlərinə görə, İsrail İran raketlərinə qarşı hava hücumundan müdafiə sistemlərini işə sala bilər, lakin hər İran raketini vurmaq üçün İsrail azı iki raket istifadə etməlidir. Ben-Elyahu deyib ki, mümkün qarşıdurma zamanı İran Suriya və Livan ərazisindən də İsrailə hücum üçün istifadə edə bilər. Pentaqonun yüksək rütbəli nümayəndələri də İsrailə İrana hücum etməməyi məsləhət görürlər. “The Sunday Telegraph” qəzetində dərc edilmiş məqalədə deyilir ki, bu günlərdə İsrail ordusunun Baş Qərargah rəisi general Qabi Aşkenazi ilə Amerika ordusunun Baş Qərargah rəisi admiral Maykl Müllen arasındakı görüşdən sonra Pentaqonda belə qənaət yaranıb ki, İsrail yaxın 12 ay ərzində İranın nüvə obyektlərinə hava zərbələri endirməyi düşünür. Amerika hərbi çevrələrində deyiblər ki, İsrail kəşfiyyatı möhkəm əmindir ki, İran ən uzağı bir ilə nüvə başlığı əldə edəcək. Bu baxımdan İsrailin İranın nüvə silahına malik olmasına yol verəmək üçün az vaxtı qalır. Bundan əlavə, İsrail kəşfiyyatı hesab edir ki, İran yaxın 12 ay ərzində Rusiya istehsalı olan “SA-20" hava hücumundan müdafiə sistemlərini quraşdıracaq, bununla da İsrail təyyarələrinin İran hava məkanına daxil olması xeyli çətinləşəcək. Bildirilir ki, Pentaqonda İsrail kəşfiyyatının İranın bir il ərzində nüvə başlığı əldə edəcəyi haqda qənaətinə şübhə edirlər. Amerikada hesab edirlər ki, İran nüvə silahına malik olmaqdan hələ çox uzaqdır. Digər tərəfdən, İsrail generalı ilə söhbət zamanı admiral Müllen ona bildirib ki, ABŞ Yaxın Şərqdə İraq və Əfqanıstandan sonra üçüncü cəbhə açmaq istəmir. Müllenin sözlərinə görə, İsrailin hücumuna məruz qalsa, İran bu ölkənin strateji nüvə obyektini və ABŞ-ın bölgədəki maraqlarını ciddi təhlükədə qoya bilər. Çünki İran dərhal kütləvi cavab zərbələri endirəcək, o cümlədən ABŞ-n bölgədəki hərbi bazalarını hədəfə alacaq, neft yataqlarını vuracaq və bununla da ağlasığmaz dərəcədə ciddi strateji, iqtisadi nəticələr meydana çıxacaq. Hərbi ekspertlər isə bu fikirdədir ki, İsrailin İranın nüvə obyektlərinin hamısını sıradan çıxarmaq imkanı yoxdur. Çünki bu obyektlərin bəziləri əhalinin sıx olduğu yaşayış məntəqələrinin yaxınlığındadır. Məsələn, Tehran və İsfahanda. Obyektlərin bəziləri isə dərin yeraltı bunkerlərdə yerləşdirilib, bu bunkerləri adi bombalarla dağıtmaq mümkün deyil. Üstəlik, İranın nüvə obyektlərinin bir çoxunun yeri müəyyən deyil. Bildirilir ki, İsrailin hədəfləri arasında Buşəhrdəki nüvə reaktoru yoxdur. Ekspertlərə görə, İsrail əsas zərbələri Natanzdakı zənginləşdirilmiş uran zavoduna endirmək niyyətindədir. Bu obyekt İsraildən 1400 kilometr məsafədə yerləşir. Bu yaxınlarda İsrail ABŞ-dan bunkerləri dağıtmaq üçün 100 bomba alıb, çəkisi 2 ton 300 kiloqrama yaxın olan bu bombalar 6 metrlik beton örtüyü dələrək 30 metr dərinlikdə partlayır. İran isə İsrailin zərbələrinə dərhal Ormuz körfəzini, yəhudi dövlətinin ərazisini və Amerika hərbi gəmilərini bombalamaqla cavab verəcək. Xəbər verildiyi kimi, İran “Sahab-3" ballistik raketlərini artıq start meydançalarında yerləşdirib. Ekspertlərə görə, İnqilab Keşikçiləri Korpusunun xüsusu təyinatlı qüvvələri Yaxın Şərqdəki Amerika hədəflərinə hücum edə bilər. Müharibə başlasa dünya iqtisadiyyatı üçün də fəlakətli nəticələr ortaya çıxacaq. Çünki bu zaman neftin qiymətinin 500 dollara çatacağı təxmin edilir. Bütün bu narahatlıqlara baxmayaraq, İsrailin xüsusi xidmət orqanı MOSSADın keçmiş direktoru Şabtay Şavit deyib ki, yəhudi dövləti öz varlığını qorumaq üçün İrana təkbaşına hücum etməli olacaq. Onun fikrincə, İsrailin müttəfiqləri onu İran təhlükəsi qarşısında yalnız buraxıblar. Şavit İsrail kəşfiyyatının proqnozlarını təsdiq edərək deyib ki, İran elə bu il nüvə başlığı əldə edə bilər. Lakin beynəlxalq ictimaiyət təhlükənin qarşısını almaq üçün yetərli səylər göstərmir. Bu üzdən İsrailin İranın nüvə obyektlərini öz qüvvələri hesabına sıradan çıxarmaq variantına üstünük verməkdən başqa yolu qalmır. Xatırladaq ki, İran İsrailin ona qarşı hərbi əməliyyatlara başlaya biləcəyi haqda xəbərləri ciddi qarşılamır. Bununla belə Tehran bəyan edir ki, yəhudi dövləti bu addımı atsa güclü cavab zərbələri nəticəsində yer üzündən silinəcək. F.MƏMMƏDOV musavat
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu