SON XƏBƏRLƏR

Baybək və Milli Qurultay həftəsi Təbrizdə 3 rəngli balonlar və Milli Bayrağın havalanması ilə qutlanmaqdadır

2021.10.20, 07:36
Baybək və Milli Qurultay həftəsi Təbrizdə 3 rəngli balonlar və Milli Bayrağın havalanması ilə qutlanmaqdadır

Gunaz.tv
Baybək və Milli Qurultay həftəsi Təbrizdə 3 rəngli balonlar və Milli Bayrağın havalanması ilə qutlanmaqdadır baybaklogo.jpg Təbrizdən aldığımız bilgilərə görə, şəhərin bir çoxlu səmtində 3 rəngli qoyux (balon) havaya buraxılıb. Milli bayrağımız ki öndərlərimiz Xoy şəhrində ona qərar verib və milli simgə olaraq Araz Çayı-nın iki tayında qəbul olunub, Təbriz şəhrində ev-yapımli balonlara asılaraq şəhərin səmasın bəzəiyb. Təbrizdə bu gün güllə səsləri gəlib ancaq nədəni hələlik bəlli olmayıb. BayBak-ə gələn məlumata görə, Fars hakimiyəti bu il daha bir vicdansızlığa əl vurub. Azərbaycan yollarına göndərilən hərbi güclərin və yollarda maşınlari axdaranların çoxunu Kürdlər təşkil veriblər. Fars hakimiyəti çalışır ki öz mənafein qorumağ üçün, başqa millətləri bir-birinin canına salsın. Bu arada, şovonist şiələr Kürd kartın oynayırlar. Aldığımız başqa məlumata görə, Bezz Qalası-na yürüş bir çoxlu manea ilə üz bə üz olub və çoxlu soydaşımız şəhərlərindən çıxandan sonra polis istəkilə şəhərlərinə geri qayıdmali olublar. İran yetkililəri millətdə qorxu yaratmağ üçün, bolgədə hərbi manevra yapılır diyə, qalaya gediş yollari kontrola alıb. Abbas Leysanli-nın şagirdləri isə Milli Qurultay həftəsində Ərdəbil-in bir çox səmtində cənab Leysanlı-nın adın yazıb və özgürlük istəiyşində bulunublar. baybak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar