SON XƏBƏRLƏR

CƏNUBİ OSETİYA MÜNAQİŞƏSİ BÖLGƏSİNDƏ ATIŞMALAR BAŞLAYIB

2021.10.20, 07:36
CƏNUBİ OSETİYA MÜNAQİŞƏSİ BÖLGƏSİNDƏ ATIŞMALAR BAŞLAYIB

Gunaz.tv
CƏNUBİ OSETİYA MÜNAQİŞƏSİ BÖLGƏSİNDƏ ATIŞMALAR BAŞLAYIB Separatçılar hərbi səfərbərlik elan etdi Gürcüstanın Cənubi Osetiya bölgəsində iki gündür intensiv atışmalar gedir. Rusiya KİV-lərinin məlumatlarına görə, ötən gecə Sxinvalinin atəşə tutulması nəticəsində 3 nəfər ölüb, azı 10 nəfər yaralanıb. Dünən səhər atışmanın hələ də davam etdiyi bildirilirdi. Məlumata görə, Cənubi Osetiya separatçı rejimi münaqişə bölgəsində vəziyyətin kəskinləşməsi ilə bağlı hərbi səfərbərlik elan edib. Separatçı rejim hədələyib ki, əgər atəş dayandırılmasa, cəbhə bölgəsinə ağır texnika yeridiləcək. Bildirilir ki, cəbhə xəttinin gürcü tərəfindən Sxinvali qumbaratanlardan, minomyotlardan və iri çaplı pulemyotlardan atəşə tutulub. Cənubi Osetiya “prezidenti” Eduard Kokoyta bildirib ki, vəziyyətin gərginləşməsinə görə məsuliyyəti gürcü tərəfi daşıyır. Onun sözlərinə görə, əgər atəş dayandırılmasa ağır texnika və hücum silahları cəbhə bölgəsinə yeridiləcək və oradakı bütün gürcü bölmələri məhv ediləcək. Gürcüstan Müdafiə Nazirliyi isə bəyan edib ki, gecə saatlarında başlayan atışma osetin tərəfinin təxribatlarının nəticəsidir. Gürcüstan ordusunun Baş Qərargahından general Mamuka Kuraşvili bildirib ki, təqribən gecə yarısı osetin tərəfi gürcü mövqelərini atəşə tutmağa başlayıb. Səhər tezdən isə separatçı qüvvələr gürcü postlarından birini tutmaq üçün hücum cəhdi ediblər. Nəticədə gürcü tərəfi cavab atəşi açmalı olub. General deyib ki, onlarda olan məlumata görə, qarşı tərəfdən təxribatda münaqişə bölgəsində yerləşdirilmiş Şimali Osetiya batalyonu da iştirak edib. Gün ərzində yayılan məlumatlara görə, Cənubi Osetiya tərəfdən iki gürcü kəndi minomyotlardan atəşə tutulub. Nəticədə azı 3 nəfər yaralanıb. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar