SON XƏBƏRLƏR

Azərbaycan prezidenti Astanaya səfərə yola düşüb

2021.10.20, 07:36
Azərbaycan prezidenti Astanaya səfərə yola düşüb

Gunaz.tv
Azərbaycan prezidenti Astanaya səfərə yola düşüb Azərbaycan, Bakı, 05 iyul / Trend News , müxbir A.Əliyev /Azərbaycan prezidenti İlham Əliyev şənbə günü səhər Astanaya səfərə yola düşüb. Səfərdə məqsəd Qazaxıstan paytaxtının 10 illiyi münasibəti ilə keçirilən bayram mərasimində iştirak etməkdir. Bayram mərasimində İordaniya kralı II Abdulla, Türkiyə prezidenti Abdulla Gül, Rusiya prezidenti Dmitri Medvedyev, Qırğızıstan prezidenti Kurmanbek Bakıyev, Ermənistan prezidenti Serj Sarkisyan, Tacikistan prezidenti Emomali Rahmon və Gürcüstan prezidenti Mixail Saakaşvilinin iştirakı gözlənilir. Astanada Azərbaycan prezidenti və Nursultan Nazarbayevin digər qonaqları Qazaxıstan paytaxtının 10 illiyinə həsr olunmuş təntənəli toplantıda iştirak edəcəklər, şəhərin əsas diqqətəlayiq yerləri və inkişaf planı ilə tanış olacaqlar. İyulun 6-da isə dövlət başçıları paytaxtın əsasını qoyan Nursultan Nazarbayevin ad gününü qeyd edəcəklər. trend -------------------------------------------------------------------- Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar Azərbaycan, Bakı, 05 iyul / TrendNews , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 4-də saat 20.35-dən 20.50-dək və saat 23.00-dan 23.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.15-dən 23.30-dək və iyulun 5-də saat 00.25-dən 00.55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00.30-dan 01.00-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bütün düşmən hallarda cavab atəşilə susdurulub. İtki yoxdur. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar