SON XƏBƏRLƏR

Ermənistanda baş verən hadisələr qaçılmaz hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq

2021.10.20, 07:36
Ermənistanda baş verən hadisələr qaçılmaz hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq

Gunaz.tv
Ermənistanda baş verən hadisələr qaçılmaz hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq _armenia-160207-big.jpg Azərbaycan, Bakı, 06 iyul/Trend News, müxbir R.Novruzov/ Azərbaycanın müstəqil politoloqları hesab edirlər ki, Ermənistanda baş verən hadisələr qaçılmaz hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq. “Ermənistan Moskvanın hakimiyyətdə olan marionetlərinə çox dözməyəcək və ölkədə cərəyan edən hadisələr Levon Ter-Petrosyanı və ya digər layiqli şəxsi hakimiyyətə gətirəcək”, - müstəqil Azərbaycan politoloqu Vəfa Quluzadə hesab edir. Ötən cümə günü müxalifətin Yerevanda keçən mitinqində Ermənistanın ilk prezidenti, “Ümumxalq hərəkatı” müxalifət birliyinin rəhbəri Levon Ter-Petrosyan respublika rəhbərliyinə qarşı bir neçə tələb irəli sürüb və prezident Serj Sarkisyanın istefasını və növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edib. Ermənistan hökuməti erməni xalqının əhval-ruhiyyəsini daim nəzarətdə saxlaya bilməz və hakimiyyətin narazılığı yatırmaq üçün etdiyi cəhdlərə baxmayaraq, gec-tez bu vəziyyət nəzarətdən çıxacaq, - şənbə günü Trend News-a politoloq bildirib. Moskvaya Ermənistanda marionetləri saxlamaq sərf edir. Belə ki, nə sülh, nə də müharibə vəziyyəti Rusiya üçün əlverişlidir və bu vəziyyət Azərbaycan və Ermənisatnın NATO-ya daxil olmasında əngəldir, - o belə hesab edir. “Ermənistandakı vəziyyət yaxşı sonluqla bitməyəcək. Hakimiyyətdə olanlar var – onlar dövlətdən həzz alırlar, bu isə Ermənistan əhalisinin ümümi yoxsulluq səviyyəsi fonunda narazılıq partlayışını yetişdirir”, - Azərbaycanın müstəqil politoloqu Rüstəm Məmmədov hesab edir. “Mən bunun Ermənistan üçün yalnız başlanğıc titrəyişlər olduğunu düşünürəm”, - politoloq deyib. Politoloqun nəzərincə, “Ermənistan etdiyi hərəkətlər sayəsində qazandığı “qeyri-dost” dövlətlərin əhatəsində olmaqla, iqtisadi artım üçün vacib olan potensialını məhv edib. Rusiya daima Ermənistanı yedizdirə bilməz. Ermənistanın iqtisadiyyatını inkişaf etdirmək, ərazisini tranzitə təqdim etmək üçün yaxşı imkanı var!, - politoloq Məmmədov bildirib. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar