SON XƏBƏRLƏR

HAVYER SOLANA İRANI AVROPA BİRLİYİ İLƏ MÜZAKİRƏLƏRİN BƏRPASINA RAZI SALDI

2021.10.20, 07:36
HAVYER SOLANA İRANI AVROPA BİRLİYİ İLƏ MÜZAKİRƏLƏRİN BƏRPASINA RAZI SALDI

Gunaz.tv
HAVYER SOLANA İRANI AVROPA BİRLİYİ İLƏ MÜZAKİRƏLƏRİN BƏRPASINA RAZI SALDI İranın Qərblə nüvə müzakirələri aparan heyətinin rəhbəri Səid Cəlili və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə komissarı Havyer Solana bu gün telefon danışığında ikitərəfli müzakirələrin bərpası razılığı əldə ediblər. Müzakirələr bu ayın ikinci yarısında baş tutmalıdır. th052309467.jpg Havyer Solana «Media forum» saytının məlumatına görə, S.Cəlili İran Dövlət Radiosuna açıqlamasında 5+1 qrupunun (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) təkliflər paketinə rəsmi cavab veriləcəyini bildirib. H.Solana uranı zənginləşdirməyi dayandırmaq müqabilində çoxlu imtiyazı nəzərdə tutan yeni təkliflər paketini İran rəsmilərinə iyunun 14-ü Tehran səfərində təqdim edib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar