SON XƏBƏRLƏR

SERJ SARQSYAN BİZİM TELEKANALLARDAN NARAHAT OLUB

2021.10.20, 07:36
SERJ SARQSYAN BİZİM TELEKANALLARDAN NARAHAT OLUB

Gunaz.tv
SERJ SARQSYAN BİZİM TELEKANALLARDAN NARAHAT OLUB "Erməni soyqırımı" iddialarının tərəfimizdən ardıcıl ifşası isə onu, deyəsən, daha bərk qorxudur İSMAYIL Ermənistan və dünya erməni çevrələrinin antitürkiyə və antiazərbaycan tezislərinin ifşası yönündə son zamanlar görülən ardıcıl və intensiv işlər bu yaxınlarda Ermənistanda hakimiyyəti zorla qəsb etmiş Serj Sarqsyanı bərk narahat edib. Soyadını "Sarqsyan" yazmağımız təəccüblü görünməsin. Mətləbə keçməzdən əvvəl xatırladaq ki, keçən ay Moskva səfəri ərəfəsində o, Qarabağdan apardığı "Sərkisyan" soyadını "Sarqsyan" formasına dəyişdirdiyini dünyaya elan edib və prezident "seçilməsi" əhvalatından fərqli olaraq bu tam qanuni bir hüquqdur. Bizim diqqətimizi çəkən isə başqa bir xəbərdə başqa bir nüansdır. Rusiyanın ermənipərəst "Reqnum" agentliyinin informasiyasına görə, Ermənistan prezidenti Sarqsyan Milli Təhlükəsizlik Xidmətinin rəhbər heyəti ilə görüşündə "Ermənistana qarşı yayılan dezinformasiyalarla mübarizənin koordinasiyasının lüzumu" barədə danışıb. O, bərk narahat olub ki, bir çox ucqar erməni kəndləri üçün yeganə məlumat mənbəyi Azərbaycan telekanallarıdar. O iddia edib ki, bizim ölkədə "irqçilik və ermənilərə nifrət ideologiyaya çevrilməkdədir". Odur ki, hər bir erməninin ideoloji təhlükəsizliyi qorunmalıdır. Amma ağlı başında olan hər bir erməni bilməmiş deyil ki, biz Ermənistanın bir kəndini də tutmadıq, bir ermənini evindən-eşiyindən didərgin salmadıq. Bütün işləri əvvəlcə gizli erməni mərkəzləri başladılar və Sumqayıt hadisələrini törədərək araya düşmənçilik toxumu səpdilər. Ermənistan prezidenti kürsüsünü fəth etmiş bu cənabın başqa bir narahatlığı "erməni soyqırımı" və Dağlıq Qarabağ münaqişəsi barədə erməni çevrələrinin mövqeyinə zidd olan İnternet məlumatları sarıdandır. Sarqsyan bunları "dezinformasiya" adlandırır. Görünür, erməni yalanlarının ardıcıl ifşası yönündə aparılan işlər hədəfə dəyməkdədir. Onun narahatlığını başa düşmək olar: yüz il dünya auditoriyasına yalnız onlar söz demək imkanında olublar, indi bizim də belə bir imkanımız var və bizim arqumentlərmizi dinləməyi bacaran hər bir normal adam onların öz tezislərini əsassız iddialar üzərində qurduğunu o saat sezir. Serj Sarqsyan bu görüşdə "Azərbaycan snayperinin gülləsinə tuş gəlmiş dinc erməni kəndliləri" barədə də danışıb. Amma orasını deməyib ki, sərhəd boyunca azərbaycanlıların sahibsiz qalmış əkin sahələrini əkməyə, yaxud oralarda heyvan otarmağa cəsarət edən hər bir ermənini belə bir təhlükə gözləyə bilər. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar