SON XƏBƏRLƏR

“Taliban” 3 NATO vertolyotunu oğurlayıb

2021.10.20, 07:36
“Taliban” 3 NATO vertolyotunu oğurlayıb

Gunaz.tv
“Taliban” 3 NATO vertolyotunu oğurlayıb Sökülmüş halda olan döyüş vertolyotları terrorçuların əlinə keçib Pakistanın şimalında fəaliyyət göstərən Əfqanıstanın “Taliban” hərəkatının yaraqlıları ABŞ-a məxsus üç vertolyot oğurlayıblar. APA-nın məlumatına görə, Almaniyanın “Die Welt” qəzeti yazıb ki, vertolyotlardan ikisi hərbi (“Cobra” və “Blackhawk”), biri isə “Chinook” tipli nəqliyyat vertolyotudur. Vertolyotlar ayrı-ayrı hissələrə sökülmüş halda Pakistanın Kəraçi limanından Əfqanıstanın Cəlalabad şəhərinə - NATO qüvvələrinin (İSAF) istifadəsinə göndərilirmiş. Böyük konteynerlərin içində olan vertolyotların hissələri Pakistanın Peşəvər rayonunun Əfqanıstanla sərhədində oğurlanıb. Pakistan hökuməti xəbəri təsdiqləyərək olayın üç həftə əvvəl baş verdiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar