SON XƏBƏRLƏR

Ermənistanda otruraq aksiyalar başladı

2021.10.20, 07:36
Ermənistanda otruraq aksiyalar başladı

Gunaz.tv
Ermənistanda otruraq aksiyalar başladı Təhlükəsizlik qüvvələri Ter-Petrosiyanın minlərlə tərfdarını qabağını kəsə bilməyib Ermənistan hakimiyyəti müxalifət lideri Levon Ter-Petrosyanın tərəfdarlarının mitinqini əngəlləyə bilməyib. APA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, İrəvan meriyasının müxalifətin dünən yerli vaxtla saat 19.00-a təyin etdiyi mitinqə icazə verməməsinə baxmayaraq, insanlar günorta saatlarından qədim əlyazmalar institutu - Matenadaranın qarşısındakı meydana yaxınlaşmağa başlayıb. Polis əvvəlcə meydana gələn yolları mühasirəyə alıb və müxalifətçiləri ora buraxmayıb. Amma son anda polislər geri çəkiliblər və müxalifətin mitinqinə şərait yaradılıb. Əyalətlərdən paytaxta gəlmək istəyənlərin şəhərə girişinə isə imkan verilməyib. Amma meydana daxil olan minlərlə etirazçı oturaq aksiyaya başlayıb. Bu bəyanatla hazırda İrəvanda keçirilən mitinqdə Ermənistan Ümummilli Hərəkatının nümayəndəsi Levon Zurabyan çıxış edib. O bildirib ki, Levon Ter-Petrosyanın başçılıq etdiyi Ermənistan müxalifəti kölgə hökuməti yaradır. Fəaliyyətdə olan hökumətin alternativi Erməni Milli Konqresi adlanacaq. Məqsəd, hazırkı hakimiyyətlə mübarihə aparmaqdır. Aksiyada təxminən 10 min nəfərin iştirak edib. Müxalifət oturaq aksiyanın yerini müəyyənləşdirsəsə də, elan edib ki, növbəti mitinq avqustun 1-də keçiriləcək və Serj Sarkisyanın hakimiyyəti ələ keçirməsinin 100 gününə həsr olunacaq. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar