SON XƏBƏRLƏR

Rusiya prezidenti Azərbaycanda necə qarşılandı?

2021.10.20, 07:36
Rusiya prezidenti Azərbaycanda necə qarşılandı?

Gunaz.tv
Rusiya prezidenti Azərbaycanda necə qarşılandı? Tarixi səfərin iki mühüm məqamı haqqında Dmitri Medvedyevin prezident seçiləndən iki ay sonra Azərbaycana gəlməsi şübhəsiz hadisədir. Rusiya tarixində belə səfər olmamışdı. Keçən əsrin 90-cı illərində Heydər Əliyevin Vladimir Putini hansı arqumentlərlə Azərbaycana səfər etməyə razı saldığı yaddaşlardan silinməmişdi. Onda övkəli Rusiya rəhbərliyi Azərbaycana səfəri açıq deyək ki, "özünə sığışdırmırdı". Onda ulu öndər Putinə əsl siyasət dərsi keçərək, Azərbaycana səfərin "hər iki ölkə üçün strateji əhəmiyyəti" olduğuna inandıra bildi. Məhz həmin söhbətdən təsirlənərək Putin sonra Azərbaycana səfəri zamanı Bakı Slavyan Universitetində çıxışı zamanı dedi ki, "Heydər Əliyev siyasətin qayasıdır". Doğurdan da, Rusiyanın yeni prezidentinin Azərbaycana çox tez gəlməsi Heydər Əliyevin uzaqgörənliyinin təsdiqidir. Yəni onda Rusiya Azərbaycanla əməkdaşlıq kursunu seçməsəydi, Kremlin ayağı Güney Qafqazdan kəsiləcəkdi. İndi isə Rusiya ilə Azərbaycan iki müstəqil və bərabərhüquqlu dövlət kimi sazişlər imzalayır və strateji tərəfdaşlıqla bağlı birgə bəyanat imzalayırlar. Bu olayın əhəmiyyətini tam dərk etmək gərəkdir. Məsələ ondan ibarətdir ki, Azərbaycan Güney Qafqazda yeganə müstəqil dövlətdir ki, Rusiya onunla suveren ölkə kimi davranmaq zorundadır. Ermənistan Rusiyanın for-postudur. Bunu Rusiya rəsmiləri ən yüksək səviyyədə qeyd ediblər. Bu həmin Ermənistandır ki, illərdir Türkiyəyə qarşı absurd səviyyədə düşmən siyasəti yeridirdi. İndi isə Rusiyanın xarici işlər nazirini Ankaraya göndərib, Ermənistanın yalvarışlarını çatdırırlar, İrəvandan Serj Sərkisyan isə bəyanat verir ki, Türkiyəyə münasibəti dəyişməyə hazırdır, təki sərhədləri açsınlar. Azərbaycan rəhbərliyinin müdrik mövqeyi bunun fonunda daha aydın görünmürmüğ Çünki Azərbaycan hazırkı geosiyasi gərginliyə baxmayaraq bütün qonşularla əməkdaşlıq kursunu götürdü və indi bəhrəsini görür. Gürcüstan da bizcə, tam doğru olmayan xarici siyasət seçdi. Üzünü ABŞ-a və Avropaya tutub, arxasını bölgənin ən böyük dövləti olan Rusiyaya çevirməyin perspektivi yoxdur. İndi Gürcüstan demək olar ki, hər gün Qərbə Rusiyadan bir şikayət edir, nəticəsi də yoxdur. Bu iki qısa müqayisənin fonunda Bakıda baş tutan Rusiya-Azərbaycan görüşünün əhəmiyyətinin nə dərəcədə böyük olduğunu hər kəs qəbul etməlidir. İmzalanan 5 saziş də iki dövlətin qarşılıqlı fayda əsasında əməkdaşlıq etdiyini əyani sübut edir. Həmin sazişlərdən iki məqam üzərində dayanmaq istərdik. Birincisi odur ki, tərəflər Dağlıq Qarabağ problemini dövlət səviyyəsində nəzərdə tutacaqlarını bir daha vurğulayırlar. Rusiya bu məsələyə ATƏT-lə yanaşı, AŞ və BMT çərçivəsində münasibət bildirilməsinə etiraz etmir. Bir qədər öncə BMT-dəki səsvermə zamanı Azərbaycanın təqdim etdiyi sənədə qarşı çıxan Rusiya mövqeyini dəyişirmiğ Sazişə görə dəyişməlidir, ancaq reallıqda onun özünü necə aparacağını zaman göstərəcək. Hər halda rəsmi Moskva indi öz imzası ilə buna söz verdiyini təsdiqləyir. Odur ki, bu imza irəliyə doğru bir addımdır. Dağlıq Qarabağ məsələsinin həllinə ATƏT-in Minsk Qrupu çərçivəsindən kənarda baxmaq istəməyənlər Azərbaycanın israrlı, ədalətli və əsaslı mövqeyi nəticəsində fikirlərini dəyişməli olurlar. Diqqətimizi çəkən ikinci məqam arxivlərdən istifadə sahəsində əməkdaşlıqla bağlı imzalanan saziş oldu. Azərbaycan bununla tarixi aspektdə böyük nəticə əldə edib. O cümlədən, həm Azərbaycanın 300 illik tarixi ilə bağlı sənədləri öyrənməyə imkan yaranır, həm də bizə qarşı törədilən cinayətlər haqqında konkret faktları üzə çıxarmaq şansı yaranır. O cümlədən, Qubada ermənilərin törətdikləri soyqırım haqqında Rusiya arxivlərində sənədlər olmamış deyil. Onları öyrənməklə həqiqətləri dünyaya dəlillərlə çatdıra biləcəyimizə şübhə etmirik. Rusiya arxivlərində həm də rus hərbçilərin təqdimatı ilə ermənilərin Osmanlıda və Azərbaycanda törətdikləri vəhşilikləri əks etdirən sənədlər var. Onların bəziləri barədə ölkə KİV-i məlumat verib. Həmin işin sistemli həyata keçirilməsi "erməni soyqırımı" iddiasının tam əsassızlığını ortaya qoyacaq. Yəni bu saziş qardaş Türkiyəyə də yardımını edəcəkdir. Təbii ki, Rusiya kimi böyük dövlətin başçısının Azərbaycana səfəri sazişlərdə əks olunanlardan daha böyük məzmuna və mənaya malikdir. Bu, yazılmamış qanundur. Lakin bir məqam şübhəsiz doğrudur - Rusiya ilə Azərbaycanın səmimi əməkdaşlığı bütün bölgənin təhlükəsizliyi və inkişafı üçün çox önəmlidir. Bu məqama görə rus xalqı Dmitri Medvedyevə minnətdar olacaq. Bu minnətdarlığın zamanı gələcək. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar