KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Avropa Birliyi-Türkiyə münasibətləri qeyri-müəyyən olaraq qalmaqdadır. Belə ki, həmin münasibətlərdə kifayət qədər ciddi ziddiyyət doğuran məqamların olduğu açıq-aşkar nəzərə çarpır. Hər halda, Avropa Birliyi-Türkiyə münasibətlərinin səmimi əlaqələr üzərində qurulduğunu düşünmək sadəlövhlük olardı. Xüsusilə də, Avropa Birliyinin Türkiyəyə yönəlik mövqeyində ədalətli yanaşma tərzini tapmaq olduqca çətindir. Və bu reallıq hər iki tərəfin qarşılıqlı münasibətlər sistemində qabarıq şəkildə sezilməkdədir. Bu baxımdan, yaxın gələcəkdə Avropa Birliyi ilə Türkiyə arasında ümidverici anlaşmaların əldə olunacağı o qədər də inandırıcı görünmür. Onu da qeyd edək ki, bütün bunlara görə günahkarı uzaqda axtarmağa da elə bir ciddi ehtiyac duyulmur. Ən azından ona görə ki, Avropa Birliyi-Türkiyə münasibətlərinə hər hansı kənar müdaxilənin ola biləcəyini təsəvvür etmək belə, olduqca çətindir. Yəni, mövcud situasiyanın qarşıduran tərəflərdən birinin günahı ucbatından formalaşdığını sübuta yetirən kifayət qədər əlamət mövcuddur. Məsələ ondadır ki, Avropa Birliyi indiyə qədər Türkiyəyə verdiyi çoxsaylı vədlərin, demək olar, heç birisinə riayət etməyib. Müşahidələrə əsasən, bu qurumun öz vədlərinə bundan sonra da sadiq qalmaq barədə düşünməyə həvəs göstərmədiyini iddia etmək mümkündür. Hər halda, Avropa Birliyi hələlik yalnız rəsmi Ankaranı mümkün qədər sıxışdırmaq üçün uyğun vasitələrin və sərfəli variantların axtarışıyla məşğul olduğunu sezdirməkdədir. Bu isə, qarşıduran tərəflər arasındakı mövcud ziddiyyətlərin yaxın gələcəkdə də dərinləşməkdə davam edə biləcəyi anlamına gəlir. Maraqlıdır ki, bu reallıq bəzi siyasi dairələrdə müəyyən qədər narahatlıq doğurmağa başlayıb. Hətta bu narahatlığı bölüşənlərin sırasında Avropa Birliyinə yaxın siyasi dairələrin rəsmi təmsilçiləri də yer almaqdadır. Ola bilsin ki, həmin rəsmi şəxslər Türkiyəyə qarşı bu qədər qeyri-səmimi münasibətin son nəticədə Avropa Birliyinin özünə ziyan vura biləcəyini anlamağa və bundan ehtiyat etməyə başlayıblar. Məsələ ondadır ki, Avropa Komissiyasının rəhbəri Xose Manuel Barroso bu barədə artıq açıq mətnlə danışmağa üstünlük verir. Onun fikrincə, Avropa Birliyi Türkiyəyə verdiyi siyasi və digər məzmunlu vədlərə mütləq əməl etməlidir. Əks halda, vədlərin yerinə yetirilməsindən yayınma vərdişləri ilk növbədə Avropa Birliyinin etibarını sarsıda bilər. Bu isə, adıçəkilən qurum üçün o qədər də xoşagələn perspektiv sayıla bilməz. Digər tərəfdən, Avropa Komissiyasının rəhbəri Xose Manuel Barroso yaranmış situasiyanın əsl günahkarının adını çəkməkdən də qətiyyən çəkinməyib. Belə ki, o, mövcud situasiyanın formalaşmasına görə Fransanın prezidenti Nikola Sarkozini qınayaraq sərt şəkildə tənqid edib. Onun fikrincə, prezident N.Sarkozi Avropa Birliyi ilə Türkiyənin münasibətlərinin pozulması istiqamətində məqsədyönlü şəkildə fəaliyyət göstərməkdədir. Bu isə, o deməkdir ki, Avropa Birliyi-Türkiyə münasibətlərindəki mövcud çatların yaranmasında xüsusi rol oynayan səbəbkarlar, əslində hamıya, eləcə də, adıçəkilən qurumun yüksək rütbəli rəsmilərinə də birmənalı şəkildə məlumdur. Onu da qeyd edək ki, Xose Manuel Barrosonun qınaqları kifayət qədər səlis ifadə olunub: "Türkiyənin heç vaxt Avropa Birliyinə üzv olmayacağını bəyan etmək prezident N.Sarkozinin ən təbii haqqıdır. Ancaq Avropa Birliyi üzvlük məsələsinin müzakirəsi prosesi ərzində etibarlılığını mühafizə etmək məcburiyyətindədir. Əks halda, ABŞ, Çin və ya Rusiya ilə hər hansı saziş imzalanarkən bizdən bu sənədin hökumət dəyişikliyi olacağı təqdirdə, öz hüquqi qüvvəsini itirib-itirməyəcəyi soruşularsa, nə edəcəyik. Mən hər kəsə verilən vədə əməl etməsini və müzakirə prosesinə sadiq qalmasını tövsiyyə edirəm". Xose Manuel Barroso hesab edir ki, Fransa prezidenti N.Sarkozinin rəsmi Ankara ilə Türkiyənin Avropa Birliyinə üzvlük məsələsinin müzakirə olunması prosesinin dayandırılmasının vacibliyi barədə çağırışları bu qurumun beynəlxalq razılaşmalardakı etibarlılıq imicini ciddi şəkildə zədələyir. Göründüyü kimi, cənab Barrosonun gəldiyi rəy kifayət qədər dəqiqdir. Düzdür, onun açıqlamasında Avropa Birliyinin Türkiyəyə qarşı qeyri-səmimi münasibət bəsləməsi o qədər də ciddi şəkildə qabardılmır. Belə anlaşılır ki, bu məsələ Xose Manuel Barrosonu əsasən, Avropa Birliyinin etibarlığının zədələnməsi təhlükəsinin ciddiləşməsi baxımından, narahat edir. Və bu təhlükə olmasaydı, yəqin ki, cənab Barroso da baş verənlərə loyal yanaşmağa daha çox üstünlük verə bilərdi. Ancaq bütün bunlara baxmayaraq, Avropa Komissiyası kimi nüfuzlu bir quruma rəhbərlik edən bir şəxsin belə bir məzmunda açıqlama verməsinin özünü də müsbət hal qismində dəyərləndirmək mümkündür. Ən azından ona görə ki, Türkiyəyə qarşı düşmənçilik mövqeyində bütün siyasi-diplomatik və etik normaları aşan Fransa prezidenti N.Sarkoziyə etirazın bildirilməsi bu qalmaqallı şəxsin açıqlamalarına fərqli yanaşma tərzini ortaya çıxara bilər. Və buna böyük ehtiyacın olduğu da açıq-aşkar nəzərə çarpır. Məsələ ondadır ki, Fransa prezidenti N.Sarkozi hakimiyyətə sahibləndiyi ilk gündən işi-gücü demək olar, Türkiyəyə qarşı ittihamların irəli sürülməsiylə məhdudlaşır. Düzdür, N.Sarkozi bütün bunların içərisindən bəzən özünün pleyboyluq vərdişlərinin nümayiş etdirilməsinə də vaxt tapır. Hər halda, N.Sarkozi bəşəriyyətə fayda verə biləcək siyasi fəaliyyətlə deyil, məhz eyş-işrətlə müşayiət olunan özəl həyatındakı prezidentə yaraşmayan məişət qalmaqallarıyla diqqəti çəkən çox azsaylı dövlət başçılarından sayılır. Bu isə, prezident N.Sarkozinin Fransa kimi nüfuzlu bir dövlətə başçılıq etməkdənsə, tamamilə fərqli "sahələr"də fəaliyyət göstərməli olan bir persona olduğunu təsdiqləyir. Ancaq nə etmək olar ki, Fransa vətənlaşları məhz N.Sarkozi kimi qeyri-ciddi şəxsi özlərinə prezident seçiblər. Sadəcə, bir məsələdə var ki, prezident N.Sarkozinin bu qəribə davranışları və vərdişləri yalnız Fransaya deyil, bu nüfuzlu dövlətlə yanaşı, həm də Avropa Birliyi kimi nəhəng quruma da ziyan vurur. Bu baxımdan, Fransa prezidenti N.Sarkozinin davranışlarının Türkiyədən daha çox Avropa Birliyinin özünə problem yaratmasından sözügedən qurumun ideoloqları nə qədər tez lazımi nəticə çıxartsalar, bir o qədər faydalı olardı. Elçin XALİDBƏYLİ sherg
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi