KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
S. SƏDRƏDDİN Ərdəbildən olan keçmiş deputat, dəmir yol naziri Rəhman Dadmanın olduğu təyyarə Xorasana uçarkən, quru qoşunları komandanı general Əhməd Kazıminin mindiyi təyyarə isə Urmiyada partladılmışdı. General Kazımi ayətulla Xəzəliyə aid mədənlərdə korrupsiya hallarını aşkarlamış və onun müəssisələrini qapatmışdı. Bu günlərdə İran prokurorluğu araşdırma və dəyərləndirmə komitəsinin başçısı Abbas Palizdar, eləcə də onunla bağlı daha 11 nəfər həbs edilib. Onun Həmədan və Şiraz universitetlərindəki çıxışı buna səbəb kimi göstərilir. "Baybak" saytı həmin çıxışın bir sıra məqamlarını qeyd edərək İslam Respublikası rəhbərliyinin Güney Azərbaycan ərazisində törətdiyi qanunsuz işlərə diqqəti yönəldib. A.Palizdar Həmədanda tələbələr qarşısında ölkədəki iqtisadi vəziyyətin ağır durumda olduğunu və bunu yaradan səbəbləri bir-bir açıqlayıb. O, baş verənlərin çoxunu hakimiyyətdə təmsil olunanların qanunsuz əməllərinə bağlayıb. Həmin çıxışın bəzi hissələrini diqqətinizə çatdırırıq: "Hakimiyyətdəkilərdən biri, İranda tanınmış din xadimi oğlunun adına bir qurum açır. Həmin müəssisəyə daş karxanaları açmağa icazə alır. Bir müddət keçəndən sonra həmin din xadimi Zəncan əyalətindən bir daş karxanası üçün imtiyaz istəyir. Bu minvalla həmin din xadimi 4 daş mədənini özəlləşdirir. Bu molla Tehranın imam cüməsi, İran Nəzarət Şurasının üzvü ayətulla İmami-Kaşanidir. Başqa bir din xadimi ölkənin ali rəhbəri ayətulla Xamneyidən Qum şəhərində (rejimin dini-ideoloji mərkəzi burada yerləşir - S.S.) qızlar üçün hüquq universiteti açmaq icazəsi istəyir. O da bu imtiyazı verir. Bundan başqa, "Dena Tayer" fabrikinin satın alınması üçün 126 milyard tümən maliyyə vəsaiti istənilir (bir dollar 1000 tümənə yaxındır - S.S.). Halbuki həmin müəssisənin dəyəri 600 milyard tüməndir. Molla bundan ötrü qiymətin aşağı salınmasını istəyir. Onun istəyini nəzərə alaraq, fabriki 10 milyard tümənə satırlar. Bu da azmış kimi həmin məbləğin 80 faizini hissə-hissə ödəmək istəyirlər. Bu da təsdiqlənir. Yerdə qalan 20 faiz ödənilmədən fabrik birjada satılır. Bəs bu molla kimdir? O, İranın keçmiş baş prokuroru və Qum dini elmi-ideoloji mərkəzinin yeni başçısı ayətulla Yəzdidir". Mənbənin məlumatına görə, A.Palizdar deyib ki, hakimiyyət təmisilçiləri Güney Azərbaycanın farslaşdırılan torpaqlarında Astara və Ənzəlidəki meşələrdəki ağacların kəsilməsi imtiyazını keçmiş prokurorun oğlu Mehdi Yəzdiyə veriblər. İran qanunlarına görə, hakimiyyətdə vəzifə tutanlar bizneslə məşğul ola bilməzlər. Amma ata uzun müddət oğlunun işsiz olduğunu bildirib. Halbuki bu müddət ərzində Mehdi Yəzdi atasının başçılıq etdiyi baş prokurorluqda şöbə müdiri vəzifəsində çalışıb. Ayətulla Yəzdinin qanunu pozmasına göz yuman İslam Respublikasının rəhbərliyi güzəran üçün meşələrdən odun qıran neçə-neçə yerli sakini həbs edib, bir çox hallarda onları az qala "inqilab düşməni" kimi qələmə verib. İran avtomobil zavodu ("İran xodro") sənədsiz və heç bir səbəb göstərilmədən çoxlu sayda minik maşınını yarı qiymətə baş prokurorluğa uzunvədəli kreditə satır. A.Palizdarın dediklərinə görə, indiyə kimi bu öhdəliklərin heç biri yerinə yetirilməyib. O, çıxışında deyib ki, "Nəhcül-bəlağə" adı altında yaranmış bir təşkilat da bu məsələdən yararlanaraq eyni şərtlər daxilində avtomobil almaq istəyir. Bu qurumun sahibləri isə ayətulla Əliəkbər Natiq Nuri (parlamentin keçmiş sədri - S.S.), Möhsün Rəfiqdust, Həbibulla Əsgərövladi (İmam Rza məqbərəsinin xuddamı, ayətulla Vaizi-Təbəsinin ən yaxın adamı sayılır - S.S.), Hüseyn Dinpərvər və hakimiyyətdə təmsil olunanların ən yaxın adamlarıdır. Mənbənin məlumatına görə, adıçəkilən zavoddan bundan sonra oxşar şərtlərlə avtomobil istəyənlərin sayı artır. Bu siyahıda İranın keçmiş ETTELAAT naziri höccətülislam Fəllahian, Məşhədin imam cüməsi ayətulla Elmülhuda və "Perspolis" futbol klubunun prezidentinin adları da var. Türk torpaqları sayılan Xorasandakı 12 mədən ayətulla Vaizi-Təbəsiyə verilib. Palizdar deyib ki, onun oğlu İranda iri şirkət sahiblərindəndir. Xəbərə görə, İranın hava limanında qaçaqmalçılıqla məşğul olanlara Natiq Nuri himayədarlıq etdiyindən onlar toxunulmazdır. Həmin qaçaqmalçılara qarşı 1100 cinayət işi açılıb. A.Palizdarın çıxışında dövlətin terror aksiyaları keçirməsinə də toxunulub. "Baybak"ın yaydığı məlumata görə, bu terror aksiyalarından İran ordusunda qulluq edən türk generallara da "pay" düşüb. Onların olduqları təyyarə partladılıb. Həmin təyyarədə bir neçə türk və türkmən yüksəkrütbəli hərbçi, deputat da var idi. Bununla bağlı 2000 səhifəlik cinayət işi açılıb. Prokurorluq işçisinin sözlərinə görə, bu məsələ barəsində danışmaq müvafiq şəxslərə qadağan edilib. Xatırladaq ki, Ərdəbildən olan keçmiş deputat, dəmir yol naziri Rəhman Dadmanın olduğu təyyarə Xorasana uçarkən, quru qoşunları komandanı general Əhməd Kazıminin mindiyi təyyarə isə Urmiyada partladılmışdı. General Kazımi ayətulla Xəzəliyə aid mədənlərdə korrupsiya hallarını aşkarlamış və onun müəssisələrini qapatmışdı. Palizdar çıxışında "şəkər mafiyası"ndan da danışıb. Onun sözlərinə görə, bu cinayət də ayətullaların birinə bağlıdır. Bu cinayət işinin qapadılmasından ötrü hakimiyyətə 700 milyard tümən təqdim olunub. Məmur deyib ki, İranın cənubundakı Kiş adası beynəlxalq azad ticarət bölgəsidir. Bu ticarət mərkəzinin üçdə biri və Çitgər parkı ölkənin keçmiş prezidenti, hazırda İslam Respublikasının aparıcı orqanı olan Dini Ekspertlər Şurasının sədri höccətülislam Əliəkbər Haşimi-Rəfsəncaniyə məxsusdur. Onun ölkənin iqtisadi nəhənglərindən olduğu, habelə çirkli yollarla böyük sərvət topladığı kimsəyə sirr deyil. Onun qızı Fizzə Haşiminin sürdüyü at bir gündə 100 min tümənlik qarpız yeyir. Onun oğlu Mehdi Haşimi isə yanacaq sektoru ilə yanaşı, gənc qızları ərəb ölkələrinə satmaqla da məşğuldur. Bu xəbərdən də göründüyü kimi, Tehran hakimiyyəti təmsilçiləri və ya ona yaxın dairələr mövcud rejimin gələcəyinə etibar etmirlər. Bu səbəbdən də sərmayəni daha çox daşınmaz əmlaka qoyurlar. Yaxud onlar var-dövlətlərini xarici ölkələrə, xüsusi ilə gözdən uzaqda olan dövlətlərə qoyurlar. Amma təəssüf olsun ki, ölkə əhalisi bu sərvətlərdən yetərincə faydalana bilmir. Çünki bu var-dövlət daha çox hakimiyyətin nəzarəti altındadır və rejim onu istədiyi istiqamətə xərcləyir. Bu günlərdə BBC İrandakı güzərana dair qısa bir araşdırma aparıb. "İran: Yoxsulları yoxsul edən neft sərvəti" başlıqlı həmin yazıda deyilir ki, neftlə zəngin olan bir çox ölkələrdə olduğu kimi, İranda da daşınmaz əmlak bazarında əsl gəlhagəl hiss olunur. "Tehranda evlərin qiyməti son aylar xeyli artıb. Bu onu göstərir ki, tələbat da az deyil. Ancaq evlərin bahalaşması hələ heç də o demək deyil ki, ölkə əhalisinin güzəranı yüksək səviyyədədir. İqtisadçılar deyirlər ki, İran indiyədək bu məbləğdə gəlir əldə etməyib. Tehranın hər tinində tikinti işləri gedir. Hər yerdə onlarca bina ucaldılır. Bu gəlhagəl xam neftin dünya bazarında bahalaşması ilə birbaşa əlaqədardır. Paytaxtın zənginlər yaşayan məhəllələrində elə mənzillər var ki, onun qiyməti on milyon dollardır. Qiymətlər durmadan artmaqdadır. İqtisadiyyat doktoru Heydər Purianın sözlərinə görə, ölkədə baş verən bu "gəlhagəl" İran iqtisadiyyatının möhkəm olmasının deyil, əksinə, onun zəifliyinin göstəricisidir", - deyə BBC bildirib. BBC-nin fikrincə, evlərin qiymətinin gün-gündən bahalaşması hökumətin yeritdiyi ziyanlı iqtisadi siyasətin nəticəsidir. Ölkədə bir çoxları kimi, Heydər Purian da iqtisadi problemlərin baş alıb getməsində prezident Mahmud Əhmədinijatı suçlayır. "Cənab Əhmədinijat geninə-boluna xərcləməyi xoşlayır. O, ölkənin neft sərvətindən gələn gəlirləri yoxsullarla bölüşəcəyini vəd edir. Onun yürütdüyü populist siyasət, üstəgəl İranın artmaqda olan neft gəlirləri ölkə iqtisadiyyatına əlavə pul gətirib. Amma hökumət hələ də vətəndaşlar üçün iqtisadi imkanlar yarada bilməyib", - deyə iqtisadçı söyləyib. Məqalədə bildirilib ki, İrandakı ev bazarına yatırım qoyanlarla yanaşı, buna imkanı çatmayanlar da var. Tehranın alver sarıdan gur bazarlarından birində də bu görünür. Neftdən gəlirlərin qarşılığında bazarlardakı insanların əhval-ruhiyyəsi elə də yüksək deyil. Mənbənin məlumatına görə, son ayda ölkə əhalisinin daha çox istehlak etdiyi düyünün qiyməti üç dəfə artıb. Dünyada gedən ümumi bahalaşma ilə yanaşı, daxili inflyasiya da buna ciddi təsir göstərir. Yazıda paytaxtda yaşayan Əmini ailəsinin güzəranından da bəhs edilir. Şəhərin cənub hissəsində yaşayan bu insanların bir neçə aydır ət almağa imkanı yoxdur. Onlar topladıqları pulu kirayələdikləri mənzilə veriblər. Çünki mənzil kirayələrinin də qiyməti artıb. Ailə başçısı Ruac Əmini bunları deyib: "30 ildir bu hakimiyyət güzəranın yaxşılaşacağı haqda şüarlar verir. Amma ötən bu müddət ərzində sosial sahədə heç bir iş görməyiblər. Vəziyyət gün-gündən pisləşir. Gələcəyə heç kim ümidlə baxmır. Neft gəlirləri belə yüksək həddə olduğu zaman İran iqtisadiyyatı inkişaf edə bilərdi, ancaq bu gün orta təbəqə də yoxsullaşmaqdadır". S. SƏDRƏDDİN butovaz
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi