SON XƏBƏRLƏR

İslami Şura Məclisinin 212 deputatı parlament sədri Əli Laricaniyə məktub ünvanlayaraq bəzi həmkarlarına qarşı təzyiqləri pisləyib

2021.10.20, 07:36
İslami Şura Məclisinin 212 deputatı parlament sədri Əli Laricaniyə məktub ünvanlayaraq bəzi həmkarlarına qarşı təzyiqləri pisləyib

Gunaz.tv
212 DEPUTAT PARLAMENT SƏDRİNƏ MƏKTUB YAZIB İslami Şura Məclisinin 212 deputatı parlament sədri Əli Laricaniyə məktub ünvanlayaraq bəzi həmkarlarına qarşı təzyiqləri pisləyib «Media forum» saytının məlumatına görə, məktubda deputatlarla nəzakətsiz davranışın qanunverici və məhkəmə sistemi orqanlarının ziyanına işləyəcəyi vurğulanıb. Məktubda Abbas Palizdarın məhkəmə işi ilə əlaqədar deputatlar, İran Məhkəmə Sistemini tədqiq və araşdırma komissiyasının üzvləri Fatimə Acorlu, Məhəmməd Dehqan və Həsən Kamranın bir neçə gün əvvəl məhkəməyə çağırılaraq dindirilməsi pislənilir və bunun ölkənin imicinə xələl gətirəcəyi bildirilib. İran parlamentarları Tehran prokuroru Səid Mürtəzəvinin hərəkətini də pisləyib: «Tehran prokuroru mətbuatda bəyanat verərək bu deputatları təhdid edir». Bir ay əvvəl Həmədən və Şiraz universitetlərindəki çıxışında İranın 50-dən çox yüksək rütbəli rəsmisini iqtisadi möhtəkirlikdə, hökumət əmlakını mənimsəməkdə, bəzi məmurları isə əxlaqsızlıqda günahlandıran İran Məhkəsmə Sisitemini tədqiq və araşdırma komissiyasının keçmiş rəhbəri Abbas Palizdar iyunun 12-də həbs edilib. Bir həftə əvvəl parlamentin deputatı Fatimə Acorlu məhkəməyə çağırılaraq bu işlə bağlı 11 saat dindirilib. İyunun 25-də isə parlamentin digər iki deputatı Həsən Kamran və Məhəmməd Dehqan da izahat vermək üçün hökumət işçilərinə məxsus məhkəməyə çağırılıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar