SON XƏBƏRLƏR

Azərbaycan ordusunun gücü

2021.10.20, 07:36
Azərbaycan ordusunun gücü

Gunaz.tv
Azərbaycan ordusunun gücü Prezident paradda önəmli mesajlar verdi Azərbaycan ordusunun 90 illiyinin qeyd edilməsi maraqlı mənzərələrlə müşaiyət olundu. "Azadlıq" meydanından Azərbaycan əsgərlərinin keçişi onların hazırlıq səviyyələrini əyani göstərdi. Ordumuz intizamlı və hazırlıqlı qurum halına gəlib. Əsgərlərin düzülüşləri onların hərb sənətinə nə dərəcədə sadiq olduqlarının nümayişi oldu. Hərbi texnikanın paradı isə daha çox qürur yaşatdı. Azərbaycan ordusu müasir silahlarla təchiz edilib. Bu istiqamətdə dövlətin tədbirlərini davam etdirəcəyini isə ölkə prezidenti açıq ifadə etdi. Paradda dünyanın diqqətini daha çox prezident İlham Əliyevin verdiyi mesajlar oldu. İlham Əliyevin dövlətin ordunun güclənməsinə çox böyük diqqət yetirməsinin səbəbini açıqladı. Səbəb odur ki, bizim ərazimiz işğal altındadır və Azərbaycan güclü orduya malik olmaq məcburiyyətindədir. Ordu işğal altında olan əraziləri azad etməyə borcludur. Ona görə də orduya ayırılan xərclər davamlı olaraq artacaq. İndi Azərbaycan ordusuna ayırılan xərclər Ermənistanın illik büdcəsi qədərdir. Deməli, Azərbaycan dövlət olaraq ordu məsələsini prioritet sayır və bu yolda bütün imkanlardan istifadə edir. Həmin aspektdə də Azərbaycanın özünün hərbi-sənaye kompleksinin yaradılması məsələsinə ciddi önəm verilir. Hazırda Azərbaycan hərbi texnikanı əsasən xaricdən alır. Ancaq hərbi sənayenin təşkili bu asılılığı aradan qadırmalıdır. Türkiyə və Pakistan kimi müsəlman dövlətlərinin təcrübəsi göstərir ki, ordunun hərbi ləvazimatlarla təmini kənardan olanda bir çox problemlər yaranır. Xüsusilə informasiya və kommunikasiya vasitələri sahəsində xaricilərin müdaxiləsi dözülməz olur. Ona görə də Türkiyə və Pakistan müstəqil hərbi sənaye sistemi yaratmaq yolunda ciddi addımlar atırlar. Azərbaycan bunları görür və özünün hərbi sənayesini yaratmaq üçün önəmli addımlar atır. Bu ilki hərbi paradda bunun bir daha açıqlanması diqqətləri çəkməkdədir. Prezident İlham Əliyev Dağlıq Qarabağla da bağlı mesajlarını verdi. Ölkə başçısı müharibənin yalnız birinci mərhələsinin tamamlandığını söylədi. Savaşın ikinci mərhələsi də ola bilər. Azərbaycan xalqı artıq danışıqlardan yorulub. Bu fikir çox önəmlidir. Ölkə prezidenti danışıqların nəticəsiz olaraq neçə illərdir ki, davam etməsinin artıq cəmiyyəti heç qane etmədiyini bir daha vurğulayıb. Toplum özü məsələnin həllini tələb edir. Əgər danışıqlar bu tempdə və məzmunda davam edərsə, sonucu demək çox çətin olacaq. Ona görə də ordu həmişə hərəkətə keçməyə hazır olmalıdır. Ölkə prezidentinin bu fikirləri həm də vasitəçilərə mesajdır. Qərb hələ də ATƏT-in Minsk Qrupu formatını əsas sayır. Ancaq həmsədrlər indiyə qədər baş girləyib, problemi süründürməklə məşğuldurlar. Azərbaycan xalqı bu süründürməçiliyə dözməyəcək. Prezident bunları açıq deməklə qəti hərəkət etmək zamanının çatdığını bildirir. Vasitəçilər də bunu anlayıb, konkret mövqe bildirməli və hərəkət etməlidirlər. Bu tələbin əks səda doğuracağına şübhə yoxdur. Azərbaycan prezidentinin ordu günündə verdiyi bu mesajların əhəmiyyəti böyükdür. Azərbaycan ordusunun bölgənin ən güclü hərbi qruplaşması kimi qarşıya qoyulan vəzifənin öhdəsindən gələ biləcəyinə heç kəsin şübhəsi olmamalıdır. Statistik göstəricilər bunu aydın sübut edir. Bu ordu NATO standartlarına keçməklə daha böyük şanslar əldə etməkdədir. Türkiyəli hərbçilərin yaxından köməyi ilə təkmilləşən ordunun Güney Qafqazda qarşısına çıxacaq qüvvə olmadığı bəllidir. Bu faktor Azərbaycanın tələblərinə daha diqqətli yanaşmaq zərurətini ortaya qoyur. Ona görə də beynəlxalq təşkilatların Azərbaycanın ərazisinin işğalına daha diqqətli yanaşacağı gözləniləndir. Həm də Ermənistanın hərbi sahədə Azərbaycan qarşısında tab gətirə bilməyəcəyini ermənilərin özləri də duydular. Azərbaycan ordusunun 90 illiyinə həsr olunmuş paraddan çıxarılan nəticələr bunlarla məhdudlaşmır. Ancaq dünya üçün bu nəticələrin çox şeyi anlatdığına da şübhə yeri qalmamalıdır. Azərbaycan torpaqlarını heç kəsə vermək fikrində deyil və onun azad olması üçün düşünülmüş siyasətini davam etdirir. Bu siyasətdə heç bir üsul istisna edilmir. Yalnız hər addımın öz zamanı var. Lazım olanda hərbi müdaxiləni də dünyanın özü yetişdirəcək. O baxımdan paradın mənası böyükdür. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar