SON XƏBƏRLƏR

Güləşçilərimiz 4 qızıl, bir gümüş və 2 bürünc medal qazanıblar

2021.10.20, 07:36
Güləşçilərimiz 4 qızıl, bir gümüş və 2 bürünc medal qazanıblar

Gunaz.tv
Güləşçilərimiz 4 qızıl, bir gümüş və 2 bürünc medal qazanıblar Bakı idman sarayında «Qızıl qran-pri» beynəlxalq turnirin final mərhələsində güləşçilərimiz böyük uğura imza atıblar Bakı idman sarayında Heydər Əliyevin xatirəsinə həsr olunmuş «Qızıl qran-pri» beynəlxalq turnirin final mərhələsində güləşçilərimiz uğura imza atıblar. Onlar 4 qızıl, bir gümüş və 2 bürünc medal qazanıblar. Yarışın açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov, Azəbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov və Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının prezidenti Rafayel Martinetti bu yarışın keçirilməsinin vacibliyini vurğulayıblar. R.Martinettinin sözlərinə görə, bundan sonra hər il Bakı şəhərində bu cür qran-pri yarışları təşkil olunacaq. Daha sonra isə Azərbaycanın ən titullu güləşçilərinin iştirakı ilə dövlət bayrağımız yüksəlib. Sonradan məlum olub ki, üçrəngli bayrağımız daha 4 dəfə ən yüksək zirvəyə qalxacaq. Ümumiyyətlə, ilk yarış günündə xalça üzərinə çıxmış 26 Yunan-Roma güləşçimizdən 7-si medal qazanıb. 55 kq-da yarışmış Avropa çempionu Rövşən Bayramov həlledici döyüşdə gürcüstanlı rəqibi Laşa Qoqitadzeni xalçadan qovub. 60 kq çəki dərəcəsində həm qızıl, həm də gümüş medal həmyerlilərimizə qismət olub. Baş mükafatı isə finalda Vitali Rəhimova qalib gəlmiş Fuad Əliyev qazanıb. Təəssüf ki, Olimpiya çempionumuz Fərid Mansurov qızıl medalın bir addamlığında macar Tamas Lopinçzə məğlub olaraq 2-ci olub. Amma bundan sonra daha iki bahadırımız- müvafiq olaraq 74 və 84 kq-larda mübarizə aparmış İlqar Abdulovla Şalva Qadabadze də turnirin qalibi adını qazanıb. Natiq Bağırov və Hüsaməddin Rəcəbov isə bürünc medalla kifayətlənib. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar