SON XƏBƏRLƏR

LEVON TER-PETROSYAN HAKİMİYYƏTƏ İYULUN 4-dək VAXT VERDİ

2021.10.20, 07:36
LEVON TER-PETROSYAN HAKİMİYYƏTƏ İYULUN 4-dək VAXT VERDİ

Gunaz.tv
LEVON TER-PETROSYAN HAKİMİYYƏTƏ İYULUN 4-dək VAXT VERDİ Ermənistan müxalifətinin iyulun 4-nə nəzərdə tutulan növbəti mitinqində keçmiş prezident Levon Ter-Petrosyan hakimiyyətə dialoq təklifləri vermək niyyətindədir. «Media forum» saytının məlumatına görə, bunu Ermənistanın ilk prezidentini dəstəkləyən Ümumxalq Hərəkatı Mərkəzinin nümayəndəsi Levon Zurabyan deyib: «Biz hökumətə iyulun 4-nə qədər bütün siyasi məhbusları azadlığa buraxmağı təklif edirik. Əgər bu baş verməsə, onda Ter-Petrosyan ölkədəki siyasi böhranın həlli üçün dialoq təkliflərini və proqramını açıqlayacaq». L.Zurabyanın sözlərinə görə, təkliflər cəmiyyətdəki gərginliyi aradan götürəcək və qarşıdurma atmosferinin əməkdaşlıqla əvəzlənməsinə səbəb olacaq: «Bu, vəziyyəti düzəltmək üçün həm hakimiyyət, həm də müxalifətə şans yaradacaq. Biz hakimiyyəti bu imkandan yararlanmağa çağırırıq». Mərkəz nümayəndəsi deyib ki, müxalifəti mitinqlər keçirməyə məcbur edən hakimiyyət daxili siyasi vəziyyəti gərginləşdirməkdə maraqlıdır: «İrəvan meriyasının mitinqləri qadağan etməsinin hüquqi əsası yoxdur». İyunun 20-də prezidentliyə keçmiş namizəd Ter-Petrosyanın tərəfdarları Yerevanın Matenadaran meydanında icazəsiz aksiya keçirib. Bugünlərdə Moskvada rəsmi səfərdə olan prezident Serj Sərkisyan Rusiyadakı erməni diasporunun nümayəndələri ilə görüşdə müxalifətlə dialoqa hazır olduğunu bildirib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar