SON XƏBƏRLƏR

Daha bir hərəkatçı asılaraq öldürülüb

2021.10.20, 07:36
Daha bir hərəkatçı asılaraq öldürülüb

Gunaz.tv
Daha bir hərəkatçı asılaraq öldürülüb Bu son günlərin üçüncü şübhəli ölmü hadisəsidir Güney Azərbaycan Milli Hərəkatı üzvlərinin şübhəli şəkildə qətlə yetirilmələri ilə bağlı faktların sayı artır. Qadir Sadiqi və Fərhad Möhsüninin şübhəli ölümlərindən sonra daha bir hərəkatçı-Afşin Urfan Xosrovşahın meyiti Təbrizdəki ofisdən tapılıb. Təbrizin Abrəsan məhəlləsindəki ofisində naməlum şəxslər tərəfindən işgəncələrə məruz qalan hərəkatçının asılaraq öldürüldüyü bildirilir. Ailəsi baş verən hadisə ilə bağlı araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət etsə də iyunun 21-də baş verən hadisə barədə hələlik rəsmi açıqlama verilməyib. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar