SON XƏBƏRLƏR

Həmsədrlər Azərbaycan rəhbərliyilə danışıqlar apardılar

2021.10.20, 07:36
Həmsədrlər Azərbaycan rəhbərliyilə danışıqlar apardılar

Gunaz.tv
Azərbaycan prezidenti İlham Əliyev iyunun 27-də ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya), Metyu Brayza (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyətinə dair məsələlər müzakirə olunub. Həmsədrlər dünən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da danışıqlar aparıblar. Danışıqlarda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Qeyd edək ki, həmsədrlər Bakıdan İrəvana və Xankəndinə gedəcəklər. Onlar daha sonra Moskvada bəzi görüşlər keçirəcəklər, Vyanada ATƏT-in Minsk Qrupu üzvlərinin genişləndirilmiş formatda keçiriləcək görüşünə qatılacaqlar. Həmsədrlər görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hazırkı vəziyyət, regiona səfərin nəticələri və aparılmış danışıqlar barədə iştirakçıları məlumatlandıracaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar