KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
AzərTAc xəbər verir ki, iyunun 24-də Berlində Almaniya Federal İqtisadiyyat Nazirliyi, Azərbaycanın Almaniyadakı səfirliyi, Alman-Azərbaycan Forumu və Alman İqtisadiyyatının Şərq Komissiyasının birgə təşkilatçılığı ilə “Almaniya və Avropa İttifaqının enerji təminatında Azərbaycanın rolu” mövzusunda Alman-Azərbaycan enerji simpoziumu keçirilmişdir. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin, Almaniyanın federal iqtisadiyyat və texnologiyalar naziri Mixael Qlosun iştirak etdikləri simpoziumun işinə Almaniya və Azərbaycanın rəsmiləri, Bundestaqın və Berlində akkreditə olunmuş bir sıra səfirliklərin nümayəndələri, müxtəlif şirkətlərin təmsilçiləri, o cümlədən ekspertlər və çoxsaylı jurnallistlər qatılmışlar. Simpoziumu açan Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov ölkəmizin Almaniya və Avropa üçün artan əhəmiyyətinə diqqət çəkərək vurğulamışdır ki, XX əsrin əvvəllərində Azərbaycan Almaniyanın ağ neftə olan tələbatının 20%-lik hissəsini təmin edirdisə, hazırda bu ölkənin enerji təminatında ilk 10 yerdən birini tutur. Azərbaycanın regional əməkdaşlığa verdiyi əhəmiyyəti vurğulayan səfir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun təhlükəsizliyi üçün əngəl törətdiyini ifadə etmişdir. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə geniş məlumat verən P.Şahbazov, son 4 il ərzində Azərbaycanda yoxsulluğun 49%-dən 16%-ə qədər azaldığını, ümumdaxili məhsulun 2,3 dəfə artdığını qonaqların nəzərinə çatdırmışdır. Ölkəmizin son illərdə əldə etdiyi iqtisadi nailiyyətlər, Azərbaycanda ictimai, mədəni, təhsil sahələrində həyata keçirilən islahatlar barədə geniş məlumat verən səfir vurğulamışdır ki, bünövrəsi ümummilli lider H.Əliyev tərəfindən qoyulan neft strategiyasının əsas məqsədi xalqın rifahına xidmət etməkdən ibarətdir. İnformasiya texnologiyaları, kənd təsərrüfatı sahələrində dövlətin həyata keçirdiyi layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verən səfir, insan kapitalına Azərbaycan hökumətinin verdiyi əhəmiyyəti xüsusi vurğulamışdır. P.Şahbazov bildirmişdir ki, xaricdə təhsillə bağlı dövlət proqramı əsasında 5 il ərzində 5 min tələbə Avropanın, eləcə də Asiyanın qabaqcıl universitetlərində təhsil ala biləcəkdir. Almaniya Akademik Mübadilə Xidməti (DAAD) ilə birgə planlaşdırılan layihəyə əsasən Azərbaycan təqaüdçüləri Almaniyada da təhsillərini davam etdirəcəklər. Səfir 2008-ci ilin Almaniyada Azərbaycan ili kimi qeyd olunduğunu xatırladaraq, cari il ərzində həyata keçirilən tədbirlər barədə geniş məlumat vermiş, “Azərbaycanın Almaniya və Avropa İttifaqının enerji təhlükəsizliyində rolu” mövzusunda təşkil olunan simpoziumu əlamətdar hadisə kimi qiymətləndirdiyini bildirmişdir. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev öz çıxışında 1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsi məqsədilə dünyanın aparıcı xarici neft şirkətlərinin Azərbaycana dəvət edilməsi prosesi, müstəqilliyin ilk illərində Respublikamızın qarşılaşdıqları problemlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat vermişdir. O, diqqətə çatdırmışdır ki, Azərbaycanda neft-qaz sahəsində fəaliyyət göstərən bütün xarici neft şirkətlərinin işində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) iştirak edir və şirkət neft komplekslərində həyata keçirilən bütün növ işlər üzrə fəaliyyət göstərir. Müstəqil Azərbaycanın neft strategiyasının ümummilli liderimiz Heydər Əliyevin başçılığı ilə işlənib hazırlandığını vurğulayan N.Əliyev strategiyanın həyata keçirilməsinin keçən əsrin 70-80-cı illərində Xəzərin Azərbaycan sektorunun dərin sulu hissəsində Azərbaycan neftçiləri tərəfindən aşkar edilmiş Azəri, Çıraq və Günəşli (dərin sulu hissəsi) yataqları üzrə xarici neft şirkətləri ilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanmış hasilatın pay bölgüsü sazişi ilə başlandığını bildirmişdir. Sonradan “Əsrin müqaviləsi” adını almış bu Sazişin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən imzalanmış digər Sazişlərin arasında xüsusi yer tutduğunu ifadə edən N.Əliyev, sonrakı dövrlərdə ARDNŞ-in, Azərbaycan Respublikası Prezidentinin ona vermiş olduğu səlahiyyətlər çərçivəsində, bu günə kimi xarici neft şirkətləri ilə 27 saziş imzaladığını, bunlardan 15 sazişin Xəzərin Azərbaycan sektorunu, 12 saziş isə quru sahələrini əhatə etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Bu sazişlərdə ARDNŞ-in tərəf müqabilləri dünyanın 21 ölkəsini, o cümlədən ABŞ, Kanada, Rusiya, Böyük Britaniya, Fransa, İtaliya, Norveç, Türkiyə, İran, Yaponiya, Çin, Koreya ölkələrini təmsil edən 43 şirkətdir. Əlavə olaraq qeyd edilmişdir ki, proqnozlara görə, imzalanmış sazişlər çərçivəsində karbohidrogen resurslarının kəşfiyyatına, işlədilməsinə və nəqlinə ümumi sərmayə qoyuluşu 60 milyard ABŞ dolları səviyyəsində olacaqdır. 1997-2007-ci illər ərzində respublikada neft hasilatının 4,7 dəfə artdığını vurğulayan N.Əliyev, 1997-ci ildə respublikada 9 mln. ton, 2005-ci ildə 22,2 mln. ton, 2006-cı ildə əvvəl iki rekord göstəricini keçərək (1941-23,5 mln. t) 32,3 mln. ton, 2007-ci ildə isə 42,6 mln. ton neft hasil edildiyini, cari ildə neft hasilatının 52 milyon ton səviyyəsində olacağını qeyd etmişdir. O, enerji səmərəliliyi mövzusunda həyata keçiriləcək əməkdaşlığın hər iki tərəf üçün səmərəli nəticələr verəcəyinə inandığını ifadə etmişdir. Ölkə başçısının bu vaxta qədər keçirilmiş 3 enerji sammitində də Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın öz layiqli töhfəsini vermək niyyətini vurğulayan N.Əliyev, son bir il ərzində enerji qiymətlərindəki sürətli artımın bütün dünya üçün narahatçılıq doğuran başlıca məsələlərdən biri olduğunu qeyd etmişdir. Almaniyanın federal iqtisadiyyat və texnologiyalar naziri Mixael Qlos öz çıxışında ötən ilin oktyabr ayında Azərbaycana etdiyi səfərini xatırladaraq, ölkəmizdə güclü inkişafın şahidi olduğu və buradan böyük təəssüratlarla ayrıldığını simpozium iştirakçılarının diqqətinə çatdırmışdır. Ölkəsi üçün Azərbaycanın vacib iqtisadi və enerji tərəfdaşı kimi əhəmiyyətinin getdikcə artığına toxunan M.Qlos, Azərbaycanın Almaniyanın və ümumilikdə Avropanın həm neft, həm də qazla təminatına öz uğurlu töhfəsini verəcəyinə əmin olduğunu qeyd etmişdir. Nazir xatırlatmışdır ki, Almaniya 2007-ci ildə Azərbaycandan 3 mln. tona yaxın neft idxal etmiş və ölkəsinin idxal statistikasında Azərbaycanın mövqeyi 10-cu pillədən 7-ci pilləyə yüksəlmişdir. Alman şirkətlərinin Azərbaycana maraqlarının daha da artdığını məmnunluqla qeyd edən nazir, Almaniyanın RWE şirkətinin “Nabukko” qaz kəməri layihəsinə qoşulmasını alqışlayaraq, bu qaz kəməri sayəsində Avropanın enerji təminatında böyük rol oynayacağını bildirmişdir. Bununla bağlı Azərbaycanın nəinki istehsalçı olaraq, eyni zamanda Mərkəzi Asiyadan Avropaya neft və qaz daşımaları üçün tranzit ölkə kimi əhəmiyyəti artmaqdadır. Azərbaycanın Almaniya üçün təkcə neft-qaz sənayesinə görə deyil, böyük potensialın mövcud olduğu digər sahələrə görə də maraq kəsb etdiyinə nəzərə çatdıran M.Qlos neft kimyası, maşınqayırma, qida məhsulları və yüngül sənaye sahələrinin inkişaf etdirilməsində təcrübəli və işində dəqiq alman şirkətlərinin tərəfdaşlıq edə biləcəyini qeyd etmişdir. Eyni zamanda enerjidən səmərəli istifadənin təşkili və bərpa olunan enerji mənbələrindən istifadə sahələrində dünyada aparıcı mövqe tutan Almaniyanın öz yüksək texnoloji imkanları ilə əməkdaşlığa maraqlıdır. Almaniya-Azərbaycan Forumunun rəhbəri Otto Hauzer enerji təhlükəsizliyi ilə regionun təhlükəsizliyi məsələlərinin bir-biri ilə sıx əlaqədar olduğunu vurğulayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ancaq Azərbaycanın inkişafı üçün deyil, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də əngəl törətdiyini vurğulamışdır. ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqlardan hələ də uğurların əldə edilmədiyini bildirən O.Hauzer, Almaniyanın 50 il iki hissəyə parçalanmış bir ölkə kimi bu vəziyyət qarşısında müşahidəçi qismində qalmamalı olduğuna inandığını qeyd etmişdir. O.Hauzer Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərə toxunaraq bildirmişdir ki, Almaniya üçün etibarlı tərəfdaş olan Azərbaycanın inkişafından məmnuniyyət hissi keçirir. Simpoziumda „RWE”, „Wintershall“, „Azərenerji“ SC, „REN Energiepartner“, „Biotech United“ və digər şirkətlərin təmsilçiləri neft-qaz sənayesi, ətraf mühitin mühafizəsi, enerji təchizatı və şaxələnməsi sahələri üzrə təqdimatlar keçirmiş və müxtəlif layihələr ətrafında fikir mübadiləsi aparmışlar.
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi