KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Elxan ŞAHİNOĞLU «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qapadılıb-qapadılmaması ətrafında müzakirələrin auditoriyası genişlənir. Çoxları Konstitusiya Məhkəməsinin qapadılma qərarı verəcəyi fikrindədir. Buna Konstitusiya Məhkəməsinin daha öncə parlamentin səs verdiyi və hicabın ali təhsil ocaqlarında sərbəst girişinə imkan yaradan müddəanı ortadan qaldırılması qərarı da dəlalət edir. Əslində hakim partiyanın rəhbərliyi Konstitusiya Məhkəməsinin qapatma qərarına hazırlaşır. AKP tikiş fabriklərdən birinə partiya bayraqları sifarişi vermişdi. Ancaq qapatma davası gündəliyə gətirildikdən sonra hakim partiya sifarişindən vaz keçib. Məsələ bundadır ki, partiya qapadılarsa, AKP yeni adda və yeni emblemdə ortaya çıxacaq. Deməli, lampanı əks etdirən bayraqlar gələcəkdə işə yaramaya da bilər. Bu isə o deməkdir ki, AKP qapatma qərarını göz altına alıb. Türkiyədə AKP-yə qarşı vahid cəbhə formalaşır. Parlamentdəki Cümhüriyyət Xalq, Milliyətçi Hərəkat və Demokratik Toplum Partiyalarıyla yanaşı ayrı-ayrı siyasətçilər də konfranslar düzənləyərək və ya xaricdəki toplantılara qatılaraq hakim partiyanın yolunu azdığını sübut etməyə çalışırlar. Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl ABŞ-dakı Con Hopkins Universitetində düzənlənən konfransda çıxış edərək “iqtidardakı güclər hər kəsi özləri kimi davranmağa və ibadət etməyə məcbur edirlər” ifadəsini dilə gətirib. Keçmişin geri qayıtdığını iddia edən Dəmirəl qapatma davasına tərəfdar olduğunu bildirib. Dəmirəl çıxışını bu sözlərlə tamamlayıb: “Cumhuriyyəti küçədən tapmamışıq və kimsəyə də təhvil vermək fikrimiz yoxdur”. Keçmiş baş nazir, Ana Vətən Partiyasının sabiq sədri, hazırda isə parlamentdə yalnız özünü təmsil edən Məsud Yılmaz da hakim partiyanı hədəf seçib. O, Avropa Birliyinin Türkiyə ilə bağlı təşkil etdiyi dinləmələrə qatılaraq hakim partiyanın qarasına o ki var döşəyib. Yılmaz Türkiyənin dini dövlətə doğru sürüklənmə təhlükəsinin real olduğu müddətdə ordunun siyasətdən kənar qalmayacağını vurğulayıb. Keşmiş baş nazir İran və Xomeynidən misal çəkib: “İranda da dəyişikliklər baş verəndə ilk mərhələdə dünyəviliyə təhlükə yox idi. Xomeyni Tehrana qayıtdıqdan sonra hətta dünyəviliyi müdafiə edən birisini prezident seçdirmişdi. Sonrası isə hamınıza bəllidir...” Başqa sözlə, Məsud Yılmaz demək istəyib ki, bu gün qalstuk taxan AKP liderləri əslində Türkiyəni dini dövlətə doğru sürükləyir və bir gün gözümüzü acaçağıq ki, dünyəvilikdən əsər-əlamət qalmayıb. Ərdoğanın Xomeyni bənzətməsi bugünlərdə bir başqa formada dilə gətirilib. Türkiyə məhkəməsi Nur camatının lideri Fətulla Gülən üzərində illərdən bəri uzanan ittihamları ortadan qaldırıb. Bununla da ABŞ-da müvəqqəti sığınacaq tapan Gülənin vətəninə dönməsi üçün maneə qalmayıb. Elə buna görədir ki, Türkiyədə bəzi ekspertləri onun Türkiyəyə qaydışını Xomeyninin Parisdən Tehrana qayıdışına bənzətməyə başlayıblar. Fətullah Gülən açıqlamasında bu bənzətməni yersiz adlandırsa da, onun qayıdışını gözləyənlərin sayının milyonları ötməsi amili nəzərə alınmaya bilməz. Qeyri-rəsmi məlumatlara görə, Türkiyədə nurçuluk ideyası ətrafında 5-8 milyon arasında insan birləşir. Fətullah Gülənə dəstək verən iş adamları gəlirlərinin 10-70 faizi arasındakı məbləği qrupa ayırırlar. İstanbulda yaşayan varlı iş adamlarından biri isə hətta hər il 5 milyon dollarından keçir. Ümumilikdə isə Fətullah Gülən camatının məktəb, media və şirkətləryilə birgə 25 milyard (!) dollarlıq kapitalı olduğu irəli sürülür. Göründüyü kimi, Fətullah Gülənin gücü mərhum Xomeyninin gücündən heç də geri qalmır və o, Türkiyəyə qayıdacağı halda isrət-istəməz hakim partiyanın mövqeyini gücləndirəcək. Xomeyni İrana qayıdarkən yalnız ideyası və tərəfdarları var idi. Fətullah Gülənin isə bu ikisindən başqa xeyli maliyyəsi və sistemli fəaliyyət göstərən şəbəkəsi də var. Azərbaycandakı duruma diqqət yetirək. Vaxtilə Türkiyədən məmləkətimizə sistemli şəkildə ilk təşrif buyuranlar məhz Fətulla Gülən tərəfdarları olub. Azərbaycana daha çox diqqət ayıran da məhz Gülənə bağlı mediadır. Türkiyənin populyar “Milliyyət”, “Hürriyyət”, “Sabah” qəzetlərinin gözü və qulağı Avropaya dikililbsə, Azərbaycan haqqında məqalə və xəbərlərə daha çox “Zaman” qəzeti yer ayırır. Elə 26 iyunda Bakıda keçirilən hərbi parad haqqında ən dolğun məlumatı Fətulla Gülən camatına bağlı CHA agentliyi yayıb. Azərbaycanda illərdir Fətullah Gülən camatına bağlı məktəb və ali tədris ocaqları fəaliyyət göstərir. Bu təhsil ocaqlarının məzunları mükəmməl biliyə yiyələnirlər. Fətullah Gülən də məhz təhsil və tədris yoluyla ürəklərə hakim olmağa çalışır. mediaforum
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi