SON XƏBƏRLƏR

Belarus Ermənistana texnika satır

2021.10.20, 07:36
Belarus Ermənistana texnika satır

Gunaz.tv
Belarus Ermənistana texnika satır Minsk. Kərim Həsənli – APA. Belarusun “BelAZ” şirkəti ilə Ermənistanın dağ-mədən sənayesi müəssisələri arasında 1,5 miyon avro dəyərində saziş imzalanıb. APA-nın xəbərinə görə, Minsk vilayətinin qubernatoru Leonid Krupsun rəhbərlik etdiyi nümayəndə heyətinin Sünik (Zəngəzur) vilayətinə səfəri çərçivəsində bu barədə razılıq əldə olunub. “Dorelektromaş”, “Soter”, Borisov mis məmulatları zavodu kimi iri müəssisələrin təmsilçilərinin daxil olduğu heyətin səfəri zamanı Minsk vilayəti və Ermənistan şəhərləri arasında əlaqələrin gücləndirilməsi, ilin sonuna qədər Sünik mis-molibden kombinatının ehtiyacları üçün “BelAZ” istehsalı olan iri qabaritli texnikanın göndərilməsi, bu zavodun Ermənistanda rəsmi dilerinin fəaliyyət başlaması, ölkədə Belarus müəssisələri şəbəkəsinin genişləndirilməsi və s. məsələlər üzrə razılığa gəlinib. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar