SON XƏBƏRLƏR

Ermənistan əsirlərin düşdüyü vəziyyətdən siyasi məqsədlər üçün istifadə olunmasını davam etdirir

2021.10.20, 07:36
Ermənistan əsirlərin düşdüyü vəziyyətdən siyasi məqsədlər üçün istifadə olunmasını davam etdirir

Gunaz.tv
“Ermənistan əsirlərin düşdüyü vəziyyətdən siyasi məqsədlər üçün istifadə olunmasını davam etdirir” qenire-pashayeva.jpg Qənirə Paşayeva AŞ PA-da əsir və girovlar problemi barədə çıxış edib Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) dünənki iclasında günün ikinci yarısında Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Yakob Kellenberq məruzə söyləyib. Lent.az-ın məlumatına görə, məruzə ətrafında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edib. O, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində apardığı etnik təmizləmə siyasəti, 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə, öz yurd-yuvasına dönə bilməməsi barədə assambleya üzvlərini məlumatlandırıb. O, xatırladıb ki, bu işğal nəticəsində 4264 azərbaycanlı itkin düşüb, onlardan 47 nəfəri uşaq, 262 nəfəri qadın, 359 nəfəri qocalardır: “Təcavüzün başladığı dövrdən keçən müddət ərzində 1396 Azərbaycan vətəndaşı erməni əsir-girovluğundan azad edilmişdir. Onlardan bir hissəsinin azad olunmasında Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəçilik etmişdir. Lakin çox təəssüf ki, bu insanların əksəriyyəti qeyri-insani şəraitdə saxlanıldığı üçün sağlamlığını itirmişdir. Mən assambleya üzvlərindən maraqlanan hər bir kəsə Ermənistandan əsir və girovluqdan azad edilmiş azərbaycanlı qadınlara və uşaqlara hansı işgəncələr verildiyinin fotolarını təqdim edə bilərəm”. Millət vəkili xatırladıb ki, 2008-ci il aprel ayının 14-də Azərbaycan Respublikasının Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Kommissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə sazişi" imzalanmışdır: “Beynəlxalq təşkilatlar itkinlərin axtarışı və onların taleyinə aydınlıq gətirilməsi işinin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Komissiyasına Ermənistan Respublikasının Dövlət Komissiyası ilə birbaşa əlaqələr yaratmağı və görüşlər keçirməyi təklif etmişdilər. Azərbaycan Respublikasının Dövlət Komissiyası problemin insan haqları ilə əlaqədar olduğunu, sırf humanitar xarakter daşıdığını nəzərə alaraq, bu təkliflərlə razılaşmış, 2005-ci ildə Tiflisdə, 2006-cı ildə Brüsseldə görüşlər keçirilib müzakirələr aparılmışdır. Lakin təssüflə qeyd qeyd etmək lazımdır ki, bu görüşlərdər sonra da Ermənistan tərəfindən əsir götürülən vətəndaşlarımızla davranış tərzi dəyişməmişdir. Əsirlərin düşdüyü vəziyyətdən siyasi məqsədlər üçün istifadə olunması, Ermənistan Xüsusi Xidmət Orqanları tərəfindən onların məxvi əməkdaşlığa cəlb edilməsi işləri davam etdirilir”. Sonra Qənirə Paşayeva Ermənistan tərəfindən girov götürülmüş, əsir və itkin düşmüş bütün şəxslərin şəkilləri, onların haqqında geniş məlumatların yer aldığı kitab barədə məlumat verib. Millət vəkili bildirib ki, bu kitabın adı 15 ildən artıqdır ki, Ermənistanın və Dağlıq Qarabağın separatçı erməni rejiminin əsir və girovluğunda yaşayan azərbaycanlıların çağırışından götürülüb: "Bizi əsirlikdən qurtarın!” - Bu çağırış , bu fəryad insan haqlarının qorunması dəyərləri üzərində qürülmüş Avropa Şurasına, onun parlament Assambleyasına, Qızıl Xaç Komitəsinə və cənab Kellenberq, Sizə ünvanlanıb. Biz sizdən o insanları əsirlikdən qurtarmaq üçün səylərinizi daha da artırmanızı gözləyirik. Ermənistanın əsir və girovluğunda qalan, itkin düşmüş şəxslər arasında mənim sinif yoldaşlarım və dostlarım da var. Və mən sizə demək istəyirəm ki, dünyada ən çətin şey 15 ildən artıqdır ki, əsir və girovluqda qalan bir insanın anasının “mənim övladım nə vaxt azad ediləcək” sualına cavab axtarmaqdır. Minlərlə ailə hər gün səhər yuxudan xoş bir xəbər almaq ümidi ilə oyanır və bu gün də heç bir xəbər olmadı kədəri ilə yuxuya gedir. Biz sizi və assambleya üzvlərini bu insanların telelərinə biganə olmamağa və onların azad edilməsi üçün bütün təsir və təzyiq vasitələrini işə salmağa çağırırıq”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar