SON XƏBƏRLƏR

Ermənilər Ağdamda hərbi təlimlərə başlayıblar

2021.10.20, 07:36
Ermənilər Ağdamda hərbi təlimlərə başlayıblar

Gunaz.tv
Ermənilər Ağdamda hərbi təlimlərə başlayıblar 20080627115808_1.bmp Bu gün səhər saat 9 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycanın Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində irimiqyaslı hərbi təlimlərə başlayıb. Ağır artilleriyadan açılan atəş səsləri cəbhəyanı kəndlərdə aydın eşidilir. Təlimlər hələ də davam edir. APA ---------------------------------------------------------------- Atəşkəs pozulub Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 26-da saat 15:00-dan 15:20-dək Ermənistanın Berd rayonunun Mosesqex kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini, saat 16:00-dan 16:10-dək və saat 19:15-dən 19:20-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 17:45-dən 17:50-dək Füzuli rayonunun Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, iyunun 27-də saat 05:30-dan 05:40-dək Tərtər rayonunun Qızıl Oba və Çiləbürt və Ağdam rayonunun Şurabad kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar