SON XƏBƏRLƏR

Əbədi canlılar da varmış

2021.10.20, 07:36
Əbədi canlılar da varmış

Gunaz.tv
Əbədi canlılar da varmış Yer planetindəki bütün dəniz və okeanlarda "potensial əbədi" adlanan mikroskopik canlılar sürətlə çoxalır. ABŞ-ın Minnesona Universitetində təkamül bioloqlarının hər il keçirilən ənənəvi konfrasında bildirilib ki, Pensilvaniya Universitetinin zooloqları "Turritpopsis dohrnii" növünə daxil edilən mollyuskları tədqiq ediblər. Onlar meduzalar və mərcan polislərinin də daxil olduğu dəniz xordasızları tipinə şamil olunur. "T.dohrinii" qeyri-adi, fantastik həyata malikdir. Belə ki, böyük mollyukslar iri koloniyalarda birləşir, okeanlarda sərbəst üzür və bölünmə ilə çoxalırlar. Əlverişsiz şəraitdə və ya qida çatışmayanda "T.dohrii" ölmür, əksinə "cavanlaşır". Onlar həyat dönəmlərinin daha ilkin dövrünə, bir ayaqdakı "tənha polip" vaxtına qayıdır. Əgər "transdifferensiasiya" adlanan bu proses kəpənəklərdə olsaydı, onlar əlverişsiz şəraitdə yenidən baramaya çevrilərdilər. İnsanlarda isə bu proses yaşansaydı, qocalıb ölümə yaxınlaşan hər insan istədiyi zaman gəncə, yeniyetməyə, hətta südəmər körpəyə dönə bilərdi. Araşdırmanın rəhbərlərindən Mariya Piya Miqliettanın dediyinə görə, "T.dohrnii"nin indiyədək alimlərin diqqətindən kənarda qalması yolverilməz haldır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar