SON XƏBƏRLƏR

İRANDA JURNALİST TƏŞKİLATI BAĞLANIR

2021.10.20, 07:36
İRANDA JURNALİST TƏŞKİLATI BAĞLANIR

Gunaz.tv
İRANDA JURNALİST TƏŞKİLATI BAĞLANIR Peşəkar Jurnalistlər Assosiyasiyası islahatçı qüvvələrin dayaq nöqtəsi sayılırdı İranda aparıcı jurnalistlər ittifaqı bağlanılmaq təhlükəsi ilə üzləşib. Bu barədə təşkilata hökumət səviyyəsində xəbərdarlıq ittifaqın rəhbərliyinə seçkilərlə bağlı yaranmış mübahisələrdən sonra səslənib. İttifaq rəsmiləri Tehran hökumətini qurumu ələ keçirmək cəhdlərində günahlandırıb. İranın əmək naziri Peşəkar Jurnalistlər Assosiyasiyasına bildirib ki, qurum öz nizamnaməsini pozduğuna görə bağlanıla bilər. Bununla belə, qadağanın nə vaxt qüvvəyə minəcəyi hələ bəlli deyil. Sözü gedən ittifaq hökumət əleyhinə islahatçıların dayaq nöqtəsi hesab olunur. İttifaq İslam inqilabından bəri uzun illər bağlı qalırdı və yalnız bu son illərdə yenidən fəaliyyət göstərməyə başlamışdı. İttifaqın aparıcı nümayəndələrindən biri BBC radiosuna deyib ki, prezident Əhmədinejad hökuməti qurumu mühafizəkarları dəstəkləməyə məcbur etməyə çalışır. İttifaq isə buna müqavimət göstərir. İttifaq rəsmisinin dediyinə görə, hökumətin xoşuna gəlmir ki, hər 3 aydan bir qurum ölkədə media azadlığına dair hesabat dərc edir. Jurnalistlər ittifaqı hökumətin qərarını qanunsuz hesab edir və bağlanacağı halda məsələni məhkəməyə verəcəyini bildirib. İttifaqın məlumatlarına görə, qurumun 4 minə qədər üzvü var və qurum ölkədə qəzet və jurnalların bağlanıldığı bir şəraitdə öz üzvlərini qorumağa çalışır. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar