SON XƏBƏRLƏR

5 ilə yollara $7 milyard "töküləcək".Təkcə 2008-ci ildə Azərbaycanın nəqliyyat sektoruna $2 milyard vəsait yönəldiləcək

2021.10.20, 07:36
5 ilə yollara $7 milyard "töküləcək".Təkcə 2008-ci ildə Azərbaycanın nəqliyyat sektoruna $2 milyard vəsait yönəldiləcək

Gunaz.tv
5 ilə yollara $7 milyard "töküləcək" Təkcə 2008-ci ildə Azərbaycanın nəqliyyat sektoruna $2 milyard vəsait yönəldiləcək Dünya bazarında enerji daşıyıcılarının qiymətlərinin artması nəqliyyat tariflərinin müntəzəm olaraq dəyişməsinə təsir edir. Bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib. Нazirin sözlərinə görə, müəyyən enerji daşıyıcılarının bahalaşması nəqliyyat tariflərinə təsir edir ki, Azərbaycanda bu proses əsasən dəmir yolu nəqliyyatında müşahidə olunur: "Tarif siyasəti olduqca dinamik bir prosesdir və birbaşa bazardakı vəziyyətdən asılıdır. Lakin buna baxmayaraq, Azərbaycanda nəqliyyat tariflərinin həm artan, həm də güzəştli dövrləri olur" ("APA-Economics"). Bakı-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidən qurulmasına toxunan nazir qeyd edib ki, layihə çərçivəsində tikinti işlərinin aparılması üçün əlavə maliyyə vəsaiti ayrılacaq. Təxminən $400 milyon həcmində əlavə maliyyənin ayrılması nəticəsində layihənin ümumi dəyəri $800 milyona çatacaq. Layihədə "Akkord" tikinti şirkəti, Çexiyanın "Eximbank" və Avropa Yenidənqurma və İnkişaf Bankı iştirak edir. "Magistral xətti gələn il ərzində, layihənin seqmenti olan Gəndob-Xaçmaz yolu isə artıq bu ilin oktyabrında istismara veriləcək. Layihə üç mərhələyə bölünüb ki, bunun da birinci mərhələsi Bakı-Sumqayıt yoludur və bu xəttə aparılan işlər artıq bir ay ərzində başa çatdırılacaq. İkinci mərhələ Sumqayıt-Siyəzən xəttinin inşasını nəzərdə tutur ki, burada baş magistral yolunun istiqamətini dəyişmişik, həmçinin torpaq yataqları beton qoyulmaq üçün hazır vəziyyətə gətirilib. Yçüncü mərhələyə isə Siyəzən-Xaçmaz yolunun yenidən qurulması daxildir ki, burada Qəndob-Xaçmaz dairəsindən Qubaya beton yol çəkiləcək", - Z.Məmmədov bildirib. Qeyd edək ki, ümumi uzunluğu 208 km olan Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun hər bir hərəkət zolağının eni 12 metr, beton örtüyünün ümumi qalınlığı 28 sm olacaq. Beton örtüyünün qalın olmasının səbəbi həmin ərazidə yük maşınlarının hərəkətinin çoxluğu ilə bağlıdır. Bu irimiqyaslı layihədə işlər yolu 16-44 km, 44-89 km, 89-134 km-lik hissələrə bölməklə, mərhələli şəkildə aparılacaq. Yolun çəkilişinə əcnəbi mütəxəssislər də cəlb edilib. APA-nın məlumatına görə, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi ilə bağlı Z.Məmmədov bildirib ki, gələn ayın 3-cü dekabasında Türkiyə ərazisində təməlqoyma mərasimi keçiriləcək. Layihənin Gürcüstan ərazisində (Marabda-Axalkalaki) aparılan işlərə gəldikdə isə, Z.Məmmədov qeyd edib ki, bu hissədə artıq torpaq işlərinin həyata keçirilməsi başlanılıb: "Biz iki il ərzində bütün tikinti işlərini başa çatdırıb BTQ dəmir yolunu istifadəyə verməyi planlaşdırırıq". Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin "Marabda-Kartsaxi Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyətinə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə $600 milyondan artıqdır. Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın "Azərinşaatservis" şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır. Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək. Yeri gəlmişkən, Dünən Bakıda Нəqliyyat Нazirliyində MDB ölkə -üzvlərinin Hökumətlərarası Yolçular Şurası (НYŞ) və avtomobil nəqliyyatı üzrə Şuranın (AНŞ) birgə iclası açılıb. Tədbir çərçivəsində beynəlxalq nəqliyyat dəhlizlərinə həsr olunmuş hökumətlərarası beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Giriş nitqi ilə çıxış edən НYŞ-in sədri, Azərbaycan Нəqliyyat Нazirliyinin "Azəryolservis" ASC-nin idarə heyətinin sədri Cavid Qurbanov MDB iqtisadiyyatın inkişafında nəqliyyat işçilərin əsas rolunu vurğulayıb və Azərbaycanın nəqliyyat sektorunda sürətli inkişafın olduğunu deyib. Nəqliyyat naziri Ziya Məmmədov isə konfransı nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək üçün yaxşı fürsət adlandırıb. Нazirin sözlərinə görə, 2008-2013-cu illəri əhatə edən Avtomobil yollarının inkişafı Dövlət Proqramının icrasına artıq başlanılıb. "Cari il ərzində Azərbaycanın nəqliyyat sektoruna $2 milyardı məbləğində vəsait yönəldiləcək, yaxın 5 il ərzində isə bu rəqəm $7 milyardı keçəcək". Proqrama əsasən, 2,3 min km uzunluğunda avtomobil yolları yenidən qurulacaq. Onun 900 km-i birinci kateqoriyaya müvafiq olacaq. Tədbirdə 20 ölkədən 130 nümayəndə - MDB, AB ölkələri, habelə bir sıra Asiya dövlətlərinin nümayəndələri iştirak edirlər. Toplantıda beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf perspektivləri, nəqliyyatın müxtəlif sektorlarında əməkdaşlığın və daşımaçılığın perspektivləri müzakirə olunur. Tədbir çərçivəsində avtomobil nəqliyyatı və hökumətlərarası yol mütəxəssisləri şuraları arasında saziş imzalanacaq ki, bu da öz növbəsində nəqliyyat sektorunda problemlərin birgə aradan qaldırılmasına imkan yaradacaq. Sazişə əsasən, əməkdaşlıq 2020-ci ilədək davam etdiriləcək. Yeri gəlmişkən, 2008-ci ilin yanvar-may aylarında Azərbaycanın yol-nəqliyyat infrastrukturasına 460 mln. manat investisiya edilib ki, bu da ötən ilin müvafiq dövründən 4,3 dəfə çoxdur. "Azəryolservis" ASC-dən "Turan"a bildiriblər ki, investisiyaların 97%-i (445,9 mln. manat) tikinti-quraşdırma işlərinin payına düşüb. Qalan vəsaitlər (14,1 mln. manat) səhmdar cəmiyyətinin maddi -texniki bazasının inkişafına yönəldilib. Beynəlxalq maliyyə institutlarından cəlb edilən kreditlərin hesabına yolların yenidənqurulmasına 46157,7 min manat yönəldilib. Bu, 2007-ci ilin müvafiq dövründən 4,1 dəfə çox olub. Qalan vəsaitlər isə (413,9 mln. manat) dövlət büdcəsindən ayrılıb. Büdcə assiqnasiyaları 4,3 dəfə artıb. A.Həmid express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar