SON XƏBƏRLƏR

Missionerlər dövlətin gizli düşmənləridir

2021.10.20, 07:36
Missionerlər dövlətin gizli düşmənləridir

Gunaz.tv
Missionerlər dövlətin gizli düşmənləridir Bu hal müşahidə olunanda onlar mütləq şəkildə cəzalandırılmalıdır "Güman ki, Zaqatalada baptistlərin rəhbərinin tutulması onların dövlətçilik əleyhinə olan fəaliyyətləri ilə bağlıdır". Bu fikirdə olan Azərbaycan Dinşünaslar Birliyinin sədri Aqil Ələsgər hesab edir ki, ölkədə fəaliyyət göstərən missionerlərin fəaliyyətinə, onların ideologiyasına qarşı antitəbliğat xarakterli mübarizə aparmaq, ideologiyalarının çürüklüyünü sübuta yetirmək daha məqsədəuyğundur: "Dövlət hər zaman missionerləri pataloji-gizli düşmən kimi nəzarətdə saxlamalıdır. Erməniyə güllə atılmasını istəməyənlər bizim düşmənimizdir. Missionerlərin çoxu erməniləri özlərinə din qardaşları hesab edirlər. Onlar Azərbaycan dövlətçiliyinin təməlinə mina qoyanlardır". A.Ələsgərin fikrincə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu sahədə fəaliyyətini gücləndirib və konkret işlə məşğul olur. Ölkə üzrə missionerlərin cəzalandırılması məsələsinə gəlincə isə, birlik sədri hesab edir ki, onların fəaliyyəti ilə bağlı dövlət orqanları da məlumatlı olmalıdır. Belə ki, dövlətçilik əleyhinə, təməl prinsiplərə ziyan vuran missionerlər mütləq şəkildə cəzalandırılmalıdır. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar