SON XƏBƏRLƏR

Bakıda NATO-nun seminarı keçirilir

2021.10.20, 07:36
Bakıda NATO-nun seminarı keçirilir

Gunaz.tv
Bakıda NATO-nun seminarı keçirilir nato-pfp-seminar-260608.jpg Bu gün Bakıda NATO-nun Sülh Naminə Tərəfdaşlıq (PfP) Etimad Fondunun seminarı başlayıb. APA-nın məlumatına görə, alyansa üzv və tərəfdaş ölkələrin nümayəndələrinin qatıldığı iki günlük tədbirdə PfF Etimad Fondunun dəstəyi ilə həyata keçirilən layihələrin təqdimatının keçirilməsi planlaşdırılır. Tədbirdə çıxış edən NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons bildirib ki, Etimad Fondu partlamamış hərbi sursatların və minaların zərərsizləşdirilməsi ilə bağlı çoxlu layihəni maliyyələşdirir: «Bunlardan ikisi - «Partlamamış hərbi sursatların ləğvi üzrə Saloğlu» və «Melanjın ləğvi» layihələri Azərbaycanda həyata keçirilib. NATO-nun dəstəyi ilə Azərbaycanda xeyli minalı sahə təmizlənib ki, bu da böyük uğurdur». Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov isə bildirib ki, Etimad Fondunun seminarı ABŞ və Lüksemburqdan sonra üzv və tərəfdaş ölkələr arasında Azərbaycanda keçirilir. N. İsmayılov seminarın əlaqələrin genişlənməsində böyük rol oynayacağına əminliyini ifadə edib. Tədbirdə müxtəlif layihələr, hərbi personala təlimlərin keçirilməsi və s. nəzərdən keçiriləcək. lent

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar