SON XƏBƏRLƏR

Urmu və İsfahan Üniversitetlərində toqquşma baş verib

2021.10.20, 07:36
Urmu və İsfahan Üniversitetlərində toqquşma baş verib

Gunaz.tv
QayNar: Avropa Çempionatında Türkiyə-Xorvatiya qarşılaşmasının ardınca, Türkiyə-Almaniya oyunundan sonra da İranda azərbaycanlı və fars tələbələri arasında toqquşma baş verib. Bu barədə "qaynar.info" Güney Azərbaycan Öyrənci Hərəkatının websitəsi www.oyrenci.com -a istinadən xəbər verir. Bildirək ki, Türkiyə millisinin Xorvatiya yığması üzərində qələbəsinin azərbaycanlı tələbələr tərəfindən şənliklə qeyd olunması universitet rəhbərlərini narahat etmişdi. Bundan sonra tələbələri inzibati komitələrə çağırmışdılar. Daha sonra Urmi Universitetinin ictimai əlaqələr şöbəsi tələbələrə ünvanlanmış müraciət yayıb. Müraciətdə "yad ölkənin komandası olan Türkiyəyə heç kim azarkeşlik etməsin" çağırışı yer alıb. Oyrenci.com- dan "qaynar.info"-ya verilən xəbərə görə, Almaniya ilə oyundan sonra universitetin "ATA" adlı yataqxanasından 8, "NAZLI" adlı yataqxanasından isə 31 tələbə yenidən inzibati komitələrə çağırılıb. Onların yaxın günlərdə cəzalanması gözlənir. Öyrənci-nin bir başqa xəbərində bildirilir ki, Türkiyə-Almaniya qarşılaşmasından sonra İsfahan Tib Universitetinin yataqxanasında 50 azərbaycanlı tələbə ilə 500 fars tələbəsi arasında toqquşma baş verib. Belə ki, türklərin məğlubiyyətindən sonra farslar türkləri təhqir edən irqçi, faşist şüarlar səsləndiriblər. Nəticədə buna etiraz edən soydaşlarımızla farslar arasında toqquşma baş verib. Universitetin təhlükəsizlik xidmətinin müdaxiləsi ilə insidenti yatırmaq mümkün olub. Güney Azərbaycanın diğər şəhərlərində də anoloji hadisələrin baş verdiyi bildirilir. //T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar