SON XƏBƏRLƏR

Güneydə daha bir fəal müəmmalı şəkildə qətlə yetirildi

2021.10.20, 07:36
Güneydə daha bir fəal müəmmalı şəkildə qətlə yetirildi

Gunaz.tv
QayNar: Güneyin tanınmış milli fəalı Əfşin İrfan Xosrovşahi Təbriz şəhərinin Bağırxan küçəsi 4-də yerləşən şəxsi ofsində qətlə yetirilib. Hadisə iyunun 21 - də təqribən axşam saat 10-da baş verib. "Qaynar.info" oyrenci.com saytına istinadən xəbər verir ki, mərhumu qətlə yetirməzdən əvvəl onu ağır şəkildə döyüb və işgəncələrə məzruz qoyublar. Qeyd olunur ki, Ə.İ.Xosrovşahi Azərbaycanla bağlı siyasi, mədəni fəaliyyətinə görə son zamanlarda naməlum şəxslər tərəfindən dəfələrlə ölümlə hədələnib. Onun bu şəkildə qətlə yetirilməsini İran rəsmi dairələri gizlətməyə müvəffəq olmayıblar. Belə ki, mərhumun yaxınlarının təkid və israrlarından sonra polis bu müəmmalı ölümü araşdıracağı vədi verib. Milli fəalın 30 yaşı vardı. Onu da xatırladaq ki, son zamanlar milli fəalların qətli zəncirvari xarakter almağa başlayıb. Bir müddət öncə Qadir Sədiqi küçədə millətin gözü qabağında öldürülmüş, Fərhad Möhsini isə işgəncə ilə qətlə yetiriləndən sonra nəşi El gölünə atılmışdı. //T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar