SON XƏBƏRLƏR

DÜNYA AZƏRBAYCANLILARI KONQRESI BIRLIK QURULTAYININ YEKUNLARI ILƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇIRƏCƏK

2021.10.20, 07:36
DÜNYA AZƏRBAYCANLILARI KONQRESI BIRLIK QURULTAYININ YEKUNLARI ILƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇIRƏCƏK

Gunaz.tv
DÜNYA AZƏRBAYCANLILARI KONQRESI BIRLIK QURULTAYININ YEKUNLARI ILƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇIRƏCƏK Bildiyiniz kimi Dünya Azərbaycanlıları Konqresi 21 iyundan 24 iyunadək Belçikanın paytaxtı Brussel şəhərində DAK və DDAK-ın Birlik qurultayı keçirildi. Həmin qurultayda dünyanın əksər ölkələrindən 200-ə yaxın nümayəndələrin iştirakı ilə Dünya Azərbaycanlıları Konqresinin nizamnaməsində dəyişikliklər və əlavələr olunmuşdur. Sədr seçkilərində həmsədr kimi Azərbaycandan prof. dr. Paşa Qəlbinur və Güney Azərbaycandan hal hazırda Amerikada yaşayan dr.Məhəmmədrza Xeşti demokratik səsvermə yolu ilə həmsədr seçildilər. Bununla yanaşı 21 nəfərdən ibarət İdarə Heyəti, 5 nəfərdən ibarət Nəzarət Təftiş komissiyası seçilmişdir. Qurultay yekunlaşdıqdan sonra 23-24 iyun tarixində Avropa Parlamentində Güney Azərbaycandakı soydaşlarımızın insan haqlarının vəziyyəti və siyasi gələcəyi mövzusunda seminar keçirilmişdir. Iki gün davam edən seminarda Avropa Parlamentarları ilə yanaşı, çoxlu sayda Beynəlxalq İnsan Haqları Təşkilatlarının nümayəndələri iştirak etmiş və Güney Azərbaycandakı son durumla bağlı yaxından tanış olmuş və bu seminarların ardıcıl olaraq keçirilməsini vurğulamışlar. Qurultayın yekun hesabatı olaraq 27 iyun 2008-ci il tarixində saat 15:00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) konfrans keçiriləcək. Mətbuat konfransında DAK-ın həmsədri prof.dr. Paşa Qəlbinur başda olmaqla, DAK İdarə Heyətinin əksər üzvləri və səlahiyyətliləri, Azərbaycan ziyalıları və ağsaqqalları DAK Gənclər təşkilatının fəalları iştirak edəcəklər. Mətbuat konfransında mətbuat nümayəndələrini maraqlandıran suallara ətraflı məlumat veriləcək. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar