KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
TERRİ DEVİS: "SEÇKİ MƏCƏLLƏSİ SEÇKİNİN AZAD KEÇİRİLMƏSİNƏ TƏMİNAT VERMİR, SEÇKİNİN AZAD VƏ DEMOKRATİK KEÇİRİLMƏSİNƏ ŞƏRAİT YARADIR" Avropa Şurasının (AŞ) baş katibi Terri Devisin "Trend"ə müsahibəsi - Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmə səviyyəsini necə qiymətləndirirsiniz? - Fikrimcə, Azərbaycan bu istiqamətdə səylər göstərir və bunu daha yaxşı yerinə yetirə bilər. - Azərbaycanda prezident seçkisi öncəsi AŞ-nin fəaliyyət planları necə yerinə yetirilir və seçkiqabağı vəziyyəti necə qiymətləndirirsiniz ? - Azərbaycanın bu fəaliyyət planlarını necə yerinə yetirməyindən danışmaq hələ tezdir. Seçki bu ilin oktyabrında keçiriləcək. Təbii ki, biz Azərbyacan hakimiyyətinin yay mövsümündə bu seçkiyə böyük cəhdlə hazırlaşmasını gözləyirik. Biz əldə edilmiş nəticələri sentyabr ayının əvvəlində qiymətləndirəcəyik. - Bu il dekabrın 2-3-də Bakıda "Mədəniyyətlərarası dialoq"a dair beynəlxalq konfrans keçiriləcək. Sizcə, Azərbaycan bu dialoqda hansı formada körpü rolunu oynaya bilər? Konfransda iştirak edəcəksinizmi ? - Sentyabrın əvvəlində, yəni tətildən geri döndükdən sonra Azərbaycana səfərim barədə qərar verəcəm. Yəqin ki, məni başa düşərsiniz, çünki Avropanın bir çox yerində konfrans və iclaslara dəvətliyəm. Konfransın tarixi mənim orada iştirak edə bilməyim üçün seçilib. Əgər imkan olarsa, təbii ki, səfər edəcəyəm. Azərbaycana yenidən səfər edəcəyimə sevinirəm. Bildiyiniz kimi, ölkənizə çoxsaylı səfərlər etmişəm. Mənim orada bir çox dostlarım var. Mən sözlərimi ölçüb-biçib deyirəm ki, sonra məni seçki prosesinə qarışmaqda ittiham etməsinlər. Bu ilin sonuna qədər Azərbaycana gedə biləcəyimə sevinirəm. İki səbəbə görə Azərbaycanın Avropaya verəcəyi töhfələr böyükdür. Birincisi, Azərbaycanın yerləşdiyi coğrafi mövqeyinə görə. Bunu sizə söyləməyə lüzum yoxdur. İkinci səbəb isə Azərbaycanın müsəlman ölkəsi olmasıdır. Qeyd etmək lazımdır ki, Avropanın bir çox yerlərində müsəlmanların yaşamasına baxmayaraq, Avropanın əksər ölkələri xristian etiqadına mənsubdur. Azərbaycan mötədil və tolerant bir ölkə kimi tanınır. Avropanın başqa regionlarında baş verən hadisələrdən fərqli olaraq, Azərbaycanda hansısa insanların odlu-alovlu bəyanatlar səsləndirməsinin şahidi olmamışıq və buna dair məlumatlarımız da yoxdur. Məncə, Azərbaycanın həm coğrafi mövqeyinə, həm də dini mənsubiyyətinə baxmayaraq, siyasi mədəniyyət baxımından verə biləcəyi töhfələr çoxdur. Əlbəttə, Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etdiyi yeganə ölkə deyil. Fikrimcə, AŞ üzvü olan Albaniya və son zamanlar Bosniya-Herseqovina da bu yolu tutub. - AŞ baş katibinin Cənubi Qafqazda mədəniyyət abidələrinin vəziyyətini araşdırmaq üçün faktaraşdırıcı missiyasının səfəri ilə bağlı vəziyyət hansı mərhələdədir ? - Həm Emənsitanda, həm də Azərbaycanda mədəni abidələrin dağıdılması haqqında deyilənləri araşdırmaq üçün gedəcək ekspertlərin səfərinin tarixi hələ bəlli deyil. Bu yaxınlarda bununla bağlı Mədəniyyət, Elm, Təhsil, İdman və Gənclər üzrə Baş Direktorluqda çalışan həmkarlarımla danışacam. O�Haranın səfərinə gəldikdə, sualı ona vermək yaxşı olardı. O, AŞPA-nın Cənubi Qafqazda mədəni irsin araşdırılması üzrə məruzəçisidir. Səfərin mövcud vəziyyətə hansı təsir göstərəcəyini isə deməyə çətinlik çəkirəm. Bu, hər iki istiqamətdə inkişaf edə bilər. Bu səfərin yaranmış gərginliyi həm artıra, həm də azalda biləcəyi mümkündür. Məhz buna görə biz bu məsələyə ehtiyatla yanaşırıq. Əgər araşdırmalar irəli sürülən iddiaların əsassız olduğunu üzə çıxararsa, təəssüf ki, bu, daha ciddi reaksiyaların sərgilənməsilə nəticələnəcək. Ümid edirəm ki, bu səfər gərginliyin azalmasına xidmət edəcək. Hər iki ölkənin hakimiyyət orqanlarının regiona səfər edəcək ekspertlərin açıq fikirli və obyektiv olduqlarını qəbul edəcəyinə ümidvaram. AŞ öz ekspertlərinin seçiminə xüsusi diqqət yetirəcək. - Azərbaycanın Seçki Məcəlləsinə və "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa edilən əlavə və dəyişiklikləri necə qiymətləndirirsiniz? Sizcə, bu dəyişikliklər azad və ədalətli seçkilər keçirməyə imkan yaradacaqmı? - Bunun belə olacağına ümid edirəm. Sözügedən qanunlara edilən əlavə və dəyişikliklərin qiymətləndirilməsini gözləyirəm. Sualı çox düzgün formada verdiniz, bəzi insanlar mənə "Bu dəyişikliklər demokratik seçkilərin keçirilməsinə təminat verəcəkmi" kimi sualla müraciət edirlər. Mənim fikrimcə, azad və ədalətli seçkilərin keçirilməsi bu dəyişikliklərdən deyil, onu həyata keçirəcək insanlardan asılıdır. Azad və demokratik seçkilər keçirmək üçün əsl demokrat olmaq lazımdır. Bu isə hər hansı bir qanundan yox, daxildən gəlməlidir. Mən həmişə deyirəm ki, Seçki Məcəlləsi seçkinin azad keçirilməsinə təminat vermir, seçkinin azad və demokratik keçirilməsinə şərait yaradır. Mənim iştirak etdiyim bir çox seçkidə qanunun əhatə edə bilmədiyi hallar da baş verib. Həmişə demişəm ki, Seçki Məcəlləsi bütün ehtimalları əvvəlcədən önləyə bilməz. Seçkilərin azad və demokratik keçirilməsində başlıca şərt bu seçkiləri təşkil edən, seçki prosesində iştirak edən insanların bu ehtimallara necə reaksiya verməsindən asılıdır. Dəfələrlə, hətta Azərbaycana etdiyim səfərlərin birində də vurğulamışam ki, demokratiya mədəniyyət məsələsidir. - İyunun 24-də AŞPA-da Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair məruzə müzakirə ediləcək (müsahibə sözügedən müzakirədən əvvəl götürülüb - red.). Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunmasına necə baxırsınız ? - Demokratik təsisatların fəaliyyəti və siyasi məhbuslarla bağlı məruzəçinin təyin olunması mənim üçün ayrı-ayrı məsələlərdir. Bu, AŞPA-nın səlahiyyətinə aid olan məsələdir. Məruzəçinin təyin olunması haqqında bir şey deyə bilmərəm. Ola bilsin ki, iyunun 24-də keçiriləcək müzakirələrdə bir çox insan Azərbaycanda demokratik təsisatların fəaliyyətindən razı qaldıqlarını bildirsələr də, məruzəçinin təyin olunmasını xahiş etsinlər. Digərləri demokratik təsisatların fəaliyyətindən narazılıqlarını bildirər və ardınca Azərbaycanda siyasi məhbusun olmadığını söyləyə bilərlər. Fikirlərin kombinasiyası hüdudsuzdur. Fikrimcə, AŞPA üzvlərinin sayı qədər də müxtəlif fikir səslənə bilər. Mənim fikrimi bilmək istəyirsinizsə, səmimi cavab verəcəm. Azərbaycanda demokratik təsisatların fəaliyyətindən çox narahatam. Məncə, vəziyyət daha yaxşı ola bilər və Azərbaycan hökumətində mənimlə həmfikir olacaq insanlar da var. Mən Azərbaycanda bir sıra şəxslərin, xüsusilə də jurnalistlərin həbsindən narahatam. Siyasi məhbus dedikdə, siyasi partiyanın üzvü olduğuna və öz fikrini bildirdiyinə görə həbs olunmuş insanları nəzərdə tuturuq. Azərbaycanda jurnalistlərin yazdıqları yazılara görə həbs olunmaları ilə bağlı narahatedici bir vəziyyət var. Jurnalistlərə qarşı irəli sürülən iddiaların əsaslı olub-olmadığını bilmək çətindir, amma onların bu qədər çox olması narahatlıq yaratmaya bilməz. Məncə, bu, Azərbaycanın dünyanın başqa ölkələri, beynəlxalq təşkilatlarla münasibətlərində aradan qaldırmalı olduğu ən böyük maneələrdən biridir. Təbii ki, burada Azərbaycanın üzvü olduğu Avropa Şurasını da nəzərdə tuturam. Fikrimcə, problem çox vaxt prezident İlham Əliyevin nə istədiyində deyil, başqalarının onun nə istədiyi barədə fikirləşməsindədir. Prezident Aparatı çalışmalıdır ki, prezident və onun yaxın tərəfdaşlarının görmək istədiyi Azərbaycan həbs edilmək qorxusu olmayan, öz fikirlərini çəkinmədən söyləyə biləcəyiniz Azərbaycan olsun. Məncə, Azərbaycanda bir çox insanlar, o cümlədən dostum Səməd Seyidov bunu düzgün başa düşüb. Əgər məndən Azərbaycandakı vəziyyətin irəliləməsinə töhfə verəcək ən yaxşı vasitənin nədən ibarət olduğunu soruşsalar, daha çox azərbaycanlıların Azərbaycandan kənara səfər etməsi tövsiyəsini verərdim. Daha çox jurnalistlər, siyasətçilər, hətta sadə insanlar da Avropanın bir çox ölkələrinə səyahət etsinlər, vəziyyətlə tanış olsunlar. - Son dövrlər AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclasları keçirilmir. Bu, nə ilə əlaqədardır və yaxın vaxtlarda Komitəni fəallaşdırmaqla bağlı hansı planlarınız var? - Fikirləşirəm ki, Alt Komitənin görə biləcəyi işlərə məhdudiyyətlər mövcuddur. Alt Komitə münaqişənin həllinin tapılmasına yardım göstərə bilər, amma münaqişəni həll etmək onun səlahiyyətinə aid deyil. Buna görə, sizə məsələnin özəyini nəzərdən keçirməyi təklif edirəm. Əgər bu problemin həqiqətən həll olunması istənilirsə, bu halda hər iki ölkənin prezidentləri - həm Azərbaycanın, həm də Ermənistanın dövlət başçıları, xüsusilə də Dağlıq Qarabağ əhalisinin marağına uyğun razılığa gəlmələri üçün masa arxasında əyləşməlidirlər. Digər insanlar və qurumlar, məsələn, ATƏT-in Minsk Qrupu münaqişənin həllinə töhfə versələr də, sonda məsuliyyət hər iki ölkənin prezidentlərinin üzərinə düşür. Çalışıram ki, sözlərimdə anlaşılmazlıq olmasın. Mən demokratiyanın çılğın tərəfdarıyam. Deməli, ədalətli seçkilərin keçirilməsini istəyirəm. Azad seçki demokratiyanın əsas hissəsini təşkil edir. Dağlıq Qarabağ probleminin bir hissəsi kimi deyə bilərəm ki, həmişə prosesin gedişində yeni seçkilər ortaya çıxır və bu münaqişənin həll olunmasına bəzi təsirlər göstərir. Ümid edirəm ki, oktyabrda keçiriləcək prezident seçkilərindən sonra Azərbaycan və Ermənistan prezidentləri masa arxasında əyləşib bu problemi birdəfəlik həll edəcəklər. Mən çox vaxt demişəm ki, prezidentlərin artıq öz ölkəsində görəcəyi çox iş var. Hər iki prezident onları Azərbaycan və Ermənistan xalqına aid olan digər məsələlərdən ayıran bu önəmli problemin həllinə nail olmaq üçün nə qədər çox bir araya gələcəklərsə, bir o qədər də yaxşı olacaq. 525
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi