KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Dünən Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yay sessiyasında "Azərbaycanda seçkiöncəsi demokratik təsisatların vəziyyəti" adlı hesabatın təqdimatı başlayıb. Monitorinq Komitəsinin mayın 27-də Ukrayna paytaxtı Kiyevdə keçirilən toplantısında bəyənilən hesabatda Seçki Məcəlləsinin təkmilləşdirilməsi, vətəndaşların sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, həbsdəki jurnalistlərin dərhal azadlığa buraxılması zərurəti və digər məsələlər yer alıb. Qeyd edək ki, AŞPA-nın yay sessiyası iki gün öncə başlayıb. AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Æivkova çıxış ediblər. Andres Herkel bildirib ki, Azərbaycanda vəziyyət hələ də narahatlıq doğurur. APA-nın məlumatına görə, Herkel bu gün yenidən Azərbaycanla bağlı müzakirələr aparılmasının düşündürücü olduğunu diqqətə çatdırıb. "Çünki Azərbaycanda vəziyyət hələ də narahatlıq doğurur. Biz ölkədə insan haqlarının durumundan çox narahatıq, əsasən də bu narahatlıq kütləvi informasiya vasitələrinin azadlığına aiddir. Bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Təəssüflər olsun ki, bu kimi faktlar müsbət dəyişikliklərin əldə olunmasında neqativ rol oynaya bilər. Bununla belə biz "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun qəbulunu alqışlayırıq. Bundan başqa çirkli pulların yuyulmasına və terrorçuluğa qarşı mübarizəyə dair qanunlar da parlamentdə müzakirə edilir. İnanıram ki, bu qanunlar da yaxın zamanlarda qəbul ediləcək. Əsas məqamlardan biri Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlıdır. Həm bizim, həm də Venesiya Komissiyasının tövsiyələrinin heç də hamısı parlamentdə müzakirə edilməyib. Seçki komissiyalarının tərkibinin formalaşması sahəsində problemlər qalmaqdadır. Æurnalistlərin həbs edilməsi isə seçkiləröncəsi münbit ab-hava yaratmır. Ola bilsin ki, bu həbslərdə cinayət elementləri də var, lakin qəbul etməliyik ki, həbslərin siyasi tərəfləri də mövcuddur". Yevgeniya Æivkova isə prezident İlham Əliyevin imzaladığı son əfv fərmanı ilə 5 jurnalist də daxil olmaqla 59 nəfərin azadlığa buraxılmasını müsbət addım kimi dəyərləndirib: "Hesab edirəm ki, siz bu hesabatın balanslaşdırılmış olduğunu görəcəksiniz. Düşünürük ki, Azərbaycanda növbəti seçkilər daha demokratik şəraitdə keçiriləcək. Dediyim kimi, bu hesabatdakı məqamlar çox obyektivdir, amma bəzi sahələrdə problemlərin hələ də qaldığını vurğulamalıyam". Daha sonra müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva çıxış edib: "Ümid edirəm ki, Ermənistan nümayəndə heyəti və erməni müxalifətinin təmsilçiləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını etiraf edəcəklər". Azərbaycan ərazilərinin bir hissəsinin işğal altında olduğunu vurğulayan Gültəkin Hacıyeva bu faktın Avropa Şurasının prinsiplərinə zidd olduğunu xatırladıb: "Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsi ilk dəfə deyil ki, müzakirə olunur. Postsovet məkanı ölkələrinin əksəriyyətində demokratiya, korrupsiyaya qarşı mübarizə və digər sahələrdə ciddi problemlər var. Biz bu məsələlərə yanaşmada ikili standartların şahidi oluruq. Bu ölkələrdən danışanda obyektiv olmaq lazımdır. Azərbaycanda xristian və alban məzarlıqlarının dağıdılması AŞPA-nın Mədəniyyət, Təhsil və Elm Komitəsini çox narahat edir. Sual olunur: "Nəyə görə biz öz mədəni və tarixi irsimizi dağıtmalıyıq?" Ermənistan ərazisində Azərbaycan tarixinə, mədəniyyətinə məxsus çoxsaylı abidələr dağıdılıb. İstərdim ki, AŞPA-nın Mədəniyyət, Təhsil və Elm Komitəsi Azərbaycanın ermənilər tərəfindən yüzlərlə məscid və məzarlığının dağıdılması faktını öz məruzəsində əks etdirsin, diqqəti təkcə Naxçıvan ərazisinə yönəltməsin. Azərbaycan bu sahədə əməkdaşlığa həmişə hazırdır". Müzakirələrdə çıxış edən AŞPA Monitorinq Komitəsinin sədri Sergey Qolovatıy hesabatla bağlı meydana çıxan sualların əvvəlcədən rəhbərlik etdiyi komitədə müzakirə olunduğunu deyib: "Əgər Azərbaycan haqqında 7-8 məruzə hazırlanırsa, bu bizim günahımız deyil. Elə etmək lazımdır ki, ölkədə demokratiyaya, hüquqi dövlət və qanunun aliliyi prinsiplərinə, insan haqlarına hörmətlə yanaşılsın. Ümid edirik ki, 2009-cu ildə bu məsələni yenidən gündəmə gətirməyə ehtiyac olmayacaq. Və Azərbaycanla bağlı müzakirələr olarsa belə, biz seçkilərdə yol verilən qanun pozuntularından danışmayacağıq. Bu isə Azərbaycan hökumətinin istəyindən asılıdır". Çıxışlardan sonra Azərbaycanda demokratik institutların fəaliyyətinə dair qətnaməyə edilən təklif və düzəlişlər üzrə səsvermə keçirilib. Azərbaycan tərəfin təklif etdiyi dəyişiklik və əlavələrin hamısı səsvermə zamanı qəbul olunub. Ermənistan nümayəndə heyəti qətnamədə Azərbaycan torpaqlarının işğalına dair müddəaların dəyişdirilməsini təklif etsələr də, bu təkliflərin heç biri qəbul olunmayıb. Britaniyalı parlamentar Edvard Ohara da qətnamənin AŞPA-nın Cənubi Qafqazda mədəni irsin araşdırılması missiyasına aid 14-cü paraqrafına əlavə edilməyə cəhd göstərib. Ohara və digər parlamentarlar qətnaməyə missiyanın bölgəyə səfərinə Azərbaycan tərəfin əngəl törətdiyi barədə müddəanın daxil edilməsini istəyiblər. Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva isə buna qarşı çıxaraq bildirib ki, bu missiya Azərbaycanın işğal altında olan ərazilərinə də səfər etməlidir və bu səfər Azərbaycan ərazisindən keçərək gerçəkləşdirilməlidir. Gültəkin Hacıyevanın çıxışından sonra Edvard Oharanın təklif etdiyi düzəliş səsverməyə çıxarılıb və qəbul olunmayıb. Müzakirələrin sonunda Azərbaycanda demokratik institutların fəaliyyətinə dair 11627 saylı qətnamə layihəsi əlavə və dəyişikliklərlə qəbul edilib. Qətnamədə bildirilir ki, Avropa Şurasına üzv olan Azərbaycanda mətbuatla bağlı problemlər, sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması kimi faktların olması narahatlıq yaradır. Sənəddə hazırda həbsdə olan üç jurnalistin azadlığa buraxılmasının vacibliyi vurğulanıb. Qətnamədə prezident seçkilərinə kimi görülməsi zəruri olan işlərlə bağlı tövsiyələr də əksini tapıb. Bu tövsiyələr seçki komissiyalarının formalaşdırılması zamanı balansın qorunması, şikayətlərin baxılma sisteminin təkmilləşdirilməsi, dövlət tərəfindən maliyyələşdirilən telekanallarda siyasi partiya və bloklar üçün pulsuz efir vaxtının ayrılması, müxalifət partiyalarının mitinq keçirmək hüququna qarantiya verilməsindən ibarətdir. Qətnamədə Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyi vurğulanır və bunun ölkədə uzunmüddətli demokratiyanın inkişafının təmin olunmasında mühüm amil olduğu qeyd edilir. Sessiyanın gedişi zamanı Azərbaycandan olan nümayəndələr Avropa Şurası Parlament Assambleyasının sədri Luis Maria de Pucla görüşüb. Görüşdə iyunun 30-da AŞ PA sədrinin Azərbaycana edəcəyi ilk səfərlə bağlı məsələ müzakirə edilib. "AŞ PA-nın yay sessiyasında qəbul olunan sənəd nisbətən balanslıdır. Amma bununla belə, bizim mübahisə edə biləcəyimiz məqamlar da var". Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov belə deyib. O, bildirib ki, qətnamə tövsiyə xarakteri daşıyır və Azərbaycan hökuməti bu sənədi milli maraqlar baxımından dyərləndirəcək. Qeyd edək ki, AŞPA-da Azərbaycanla bağlı sənədə 22 düzəliş təklif olunub. Səsvermədə təkliflərin bir çoxu qəbul edilib. Ermənistan nümayəndə heyətinin Qarabağ məsələsi ilə bağlı irəli sürdüyü təkliflər isə qəbul edilməyib. Teymur sherg
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi